"iPhone 8"in ilk alıcıları KÜÇƏLƏRDƏ GECƏLƏYİR - FOTO

"iPhone 8"in ilk alıcıları KÜÇƏLƏRDƏ GECƏLƏYİR - FOTO

Avstraliyalı jurnalist Lük Houpvel özünün “Twitter” mikrobloqunda yazıb ki, Sidneydəki “Apple” mağazasında yeni “iPhone” smartfonlarının satışının başlamasını gözləyir.

BiG.AZ musavat.com-a istinadən xəbərinə görə, “telefonun təqdim edilməsinə 2 gün qalmış o, “Sydney Apple Store”un qarşısında çadır qurub”, - Houpvel yazır.

Qeyd etmək lazımdır ki, şəbəkədə bundan da əvvəl sentyabrın 8-dən mağazanın qarşısında növbə tutmuş insanların da şəkilləri peyda olub.

Xatırladaq ki, “Apple” korporasiyasının yeni telefonlarının - “iPhone 7s” və “7s Plus”un, eyni zamanda hələ necə adlandırılacağı dəqiq məlum olmayan “iPhone 8”in təqdimat mərasimi bu gün keçiriləcək.

ABŞ-da “iPhone 8”in ən azı 900 dollara satılacağı gözlənilir. Rusiyada ən sadə 128 Gb yaddaşlı “iPhone 8” 90 min rubla (təxminən 2600 manata), ən bahalı model isə 110 min rubla (3200 manata) satılacaq. Azərbaycanda yeni modellərin qiyməti hələlik açıqlanmayıb.

"iPhone 8"in ilk alıcıları KÜÇƏLƏRDƏ GECƏLƏYİR - FOTO
"iPhone 8"in ilk alıcıları KÜÇƏLƏRDƏ GECƏLƏYİR - FOTO
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2762 Tarix: 12.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
zeynalabidin
zeynalabidin 13.09.2017
Gör insanlar necə bədbəxt olurlar acıb quranı oxumurlar gör cəhənnəmə tərəf qacırlar maraglıdı))


 
Edaletli
Edaletli 13.09.2017
Hamsi eyni funksiyani dasiyir... Sadece reklam edirler ki guya bu telofon ucun camaat sino gedir...


 
_MATiLLA_
_MATiLLA_ 12.09.2017
6 plus xoşuma gəlir təkcə


 
tansu
tansu 12.09.2017
Menasız


 
olmus_arzular
olmus_arzular 12.09.2017



 
_leeediii_
_leeediii_ 12.09.2017
İphone vazgecilmezimdi