Universitetlərdə dərs deyən nazirlər və deputatlar (SİYAHI)

Universitetlərdə dərs deyən nazirlər və deputatlar (SİYAHI)Azərbaycanda yüksək vəzifələrdə çalışan bəzi məmurlar, həmçinin deputatlar həm də müxtəlif ali təhsil ocaqlarında dərs deyirlər.

BiG.AZ-ın məlumatına görə, modern.az saytı bununla bağlı dəqiqləşdirmələr aparmaq üçün bir neçə ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.

Məlum olub ki, Bakı Dövlət Universitetində (BDU) daxili işlər naziri Ramil Usubov, xarici işlər naziri Elmar Məmmədyarov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə kimi yüksək postları tutan şəxslər pedaqoji fəaliyyət göstərirlər. Yəni onlar tədris prosesində iştirak edirlər. Eyni zamanda, universitetdə onlarla belə tanınmış şəxs, ali struktur rəhbərləri, akademiklər var.

Ramil Usubov Hüquq fakültəsinin Dövlət imtahan komissiyasının sədridir. Eyni səlahiyyəti Elmar Məmmədyarov Beynəlxalq münasibətlər ixtisasında, professor A.Paşazadə isə İlahiyyat fakültəsində icra edir.

Milli Məclis sədrinin birinci müavini, professor Ziyafət Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova, Mərkəzi Seçki Komissiyasının sədri, professor Məzahir Pənahov və bir çoxları BDU-da kafedra müdiridirlər. Milli Məclisin 11 üzvü, AMEA-nın 20 həqiqi və müxbir üzvü BDU-nun müəllimləridir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) baş nazirin müavini Yaqub Eyyubov İnşaat fakültəsində "Bünövrələr, özüllər və yeraltı qurğular" kafedrasının, Bakı şəhərinin keçmiş baş memarı Elbəy Qasımzadə Memarlıq fakültəsində "Memarlıq layihələndirilməsi və şəhərsalma" kafedrasının, Nazirlər Kabinetinin keçmiş şöbə müdiri İsmayıl Sadıqov Nəqliyyat fakültəsində "Materiallar müqaviməti" kafedrasının müdiridirlər.

Bundan başqa, Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi - baş memar Akif Abdullayev Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Məclisin deputatı Hüseynbala Mirələmov "Neftin və qazın nəqli və saxlanması" kafedrasının müdiridir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçmiş maliyyə naziri Əvəz Ələkbərov "Maliyyə və maliyyə institutları", Milli Məclisin deputatı Şəmsəddin Hacıyev "Beynəlxalq iqtisadi münasibətlər", deputat Xanhüseyn Kazımlı "Qiymət və qiymətləndirmə" kafedrasının müdirləridir.

Azərbaycan Tibb Universitetində isə Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov Tərbiyə işləri üzrə prorektor kimi fəaliyyət göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3361   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 0
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 0
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 0