Şeyxin qudasının oğlu "Azərsu" əməkdaşının çənəsini sındırıb? - ÖZÜ DANIŞDI

Şeyxin qudasının oğlu "Azərsu" əməkdaşının çənəsini sındırıb? - ÖZÜ DANIŞDI

“Bir oğlum var, o da Əliabbas Salahzadədir. Onun da 4 övladı var. Hazırda Sabunçu rayon İcra Hakimiyyətində şöbə müdiri işləyir, çox təmiz oğlandır. Şikayətçi mənim oğlumla başqasını səhv salır. Mənim oğlum adam döyə bilməz”.

Bu fikirləri ölkə.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə oğlunun “Azərsu” əməkdaşının çənəsini sındırması barədə səsləndirilən ittihamlara cavabında bildirib.

Qalib Salahzadə deyib ki, oğluna iftira atılır:

“Mənim oğlum adam döyə bilməz. Mən oğluma elə tərbiyə verməmişəm ki, kimisə döysün. Bütün bunların hamısı yalandır, böhtandır. Görünür, kimlərsə bizə şər atmağa çalışır. Kimlərsə bu cür xəbərlərin yayılmasında maraqlıdır. Mənə maraqlıdır ki, bizə qarşı bu xür xəbərləri kim yayır, təşkil edir? Mən bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət edəcəm, məsələni araşdıracam”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1125 Tarix: 12.09.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər