Benzinlə bağlı BU XƏBƏRƏ DİQQƏT: Bundan sonra...

Benzinlə bağlı BU XƏBƏRƏ DİQQƏT: Bundan sonra...Dizel və benzinlə hərəkət edən nəqliyyat vasitələrini qadağan edən ölkələrin sayı artır.

Oxu.az xəbər verir ki, dünyanın ən böyük iqtisadiyyatları – Çin, Hindistan, Fransa, İngiltərə və Norveç benzinlə və dizellə hərəkət edən nəqliyyat vasitələrinin istifadəsini müxtəlif tarixlərdə qadağan etməyə hazırlaşır.

Artıq dünyanın ən böyük avtomobil bazarına sahib olan Çin avtomobil istehsalçılarına fosil yanacaqlı nəqliyyat vasitələrinin satışını dayandırmaq və elektrikli avtomobil istehsalını genişləndirmək istiqamətində səylərini artırmağı məsləhət görüb.

Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xin Guobin hökumətin benzinlə hərəkət edən nəqliyyat vasitələrinin istehsalının və satışının dayandırılması üçün konkret tarixin müəyyən edilməsi istiqamətində iş apardığını açıqlayıb. Qeyd edək ki, Çinin bu qərarı avtomobil sənayesinə böyük təsir göstərəcək.

Fosil yanacağı ilə hərəkət edən nəqliyyat vasitələrini qadağan etməyə hazır olan ölkə təkcə Çin deyil. Böyük Britaniya da 2040-cı ildən ölkənin havasını təmizləmək üçün benzin və dizellə hərəkət edən nəqliyyat vasitələrinin qadağasını planlaşdırır. Bu arada, bildirək ki, İngiltərə ildə 2.7 milyon nəqliyyat vasitəsinin satışını reallaşdırır. Dünyanın ən böyük avtomobil bazarına sahibdir.

Fransa isə qlobal istiləşməyə qarşı 2040-cı ilə qədər dizel və benzinlə hərəkət edən nəqliyyat vasitələrinin satışını məhdudlaşdırmağa hazırlaşır. 2040-cı ildən sonra Fransa yalnız elektrikli, hibritlə hərəkət edən nəqliyyat vasitələrinin satışına icazə verəcək.

Almaniya bu məsələdə niyyəti aydın olan ölkələrdəndir. Hindistan hökuməti isə bu ilin əvvəlində ölkədə 2030-cu ilədək satılan hər bir avtomobilin elektrik mühərrikinə malik olacağını elan edib.

Norveç də elektriklə hərəkət edən nəqliyyat vasitələrindən istifadəyə keçid mövzusunda müəyyən tarixə sahibdir. Belə ki, 2025-ci ildə ölkədə satılan hər bir avtomobil və digər nəqliyyat vasitələri dizel və benzinlə hərəkət etməyəcəklər.

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, yuxarıda göstərilən ölkələrdən başqa, elektriklə hərəkət edən nəqliyyat vasitələrindən istifadəyə keçidi hədəfləyən daha 8 ölkə var. Bunlar Avstriya, Danimarka, İrlandiya, Portuqaliya, İspaniya, Yaponiya, Hollandiya və Cənubi Koreyadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2162   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585