Ziya Məmmədovun kadrı ondan nazirə şikayət edən sürücülərin başına oyun açdı – ŞƏMKİRDƏ ÖZBAŞINALIQ

Ziya Məmmədovun kadrı ondan nazirə şikayət edən sürücülərin başına oyun açdı – ŞƏMKİRDƏ ÖZBAŞINALIQŞəmkirdə ictimai nəqliyyat vasitələrinin yenilənməsi adı altından baş verən hadisələr "sürücü üsyanı"nın yetişməsinə səbəb olub.

Azxeber.com xəbər verir ki, buna səbəb bir müddət öncə Şəmkir rayonunun mərkəzindən Dəllər qəsəbəsinə qədər olan istiqamətdə işləyən nəqliyyat vasitələrinin yenilənməsi adı altında baş verən özbaşınalıqlardır. Özbaşınalığın mərkəzində isə, keçmiş nazir Ziya Məmmədovun yaxın çevrəsində olan nəqliyyatçılar dayanır. Belə ki, bir vaxtlar Ziya Məmmədovun media siyasətini müəyyənləşdirən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tərkibindəki "10 saylı Şəmkir Regional Nəqliyyat" MMC-nin rəhbəri Əli İsmayılov illərdir bu istiqamətdə işləyən sürücüləri xətdən çıxararaq öz adamlarını yerləşdirir və onlarla ailəni ac qoyur. Bu haqda portalımza sakinlər məlumat verib.

Xatırlayırsınızsa, bir müddət öncə sosial şəbəkələrdə də yayılan video görüntülərdə məhz sürücülərdən biri 10 saylı Şəmkir Regional Nəqliyyat" MMC-nin rəhbəri Əli İsmayılova rüşvət vermədikləri üçün başlarına gətirilən oyunlar haqqında danışmışdı.

Görüntülərdə müstəqillik illərindən öncə də bu xətdə çalışan və zorla xətdən çıxarılan sürücülərin yerinə Əli İsmayılovun öz sürücülərini yerləşdirdiyi bildirilmişdi.

Sözügedən olayın üstündən aylar keçməsinə baxmayaraq, baş verənlərlə bağlı heç bir tədbirin görülməməsi sürücülərin yenidən imdad diləməsinə səbəb olub.

Davamlı şəkildə sürücülər tərəfindən "10 saylı Şəmkir Regional Nəqliyyat" MMC-nin rəhbəri Əli İsmayılov tərəfindən redaksiyamıza daxil olan özbaşınalıqlarla bağlı şikayət məktublarını nəzərə alaraq, məsələni daha dərindən araşdırmaq qərarına gəldik.

Araşdırmalar nəticəsində məlum oldu ki, Ə.İsmayılov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin adından istifadə edərək Şəmkir Sərnişin nəqliyyat ASC-nin 20 il xidmət göstərdiyi ən rentabelli Şəmkir Dəllər marşrutunu ələ keçirib. MMC rəhbəri sözügedən xətti qrafiki fiziki Şəxs Mirzəyev Xəyal Vəli oğluna (VÖEN 2302559852) ötürüb.

Araşdırmalar nəticəsində o da məlum olub ki, "yenilənmə" adı ilə yüzlərlə insanı ac qoyan Ə.İsmayılovun bu işi həvalə etdiyi Mirzəyev Xəyal Vəli oğlu 2015-ci ildən vergi ödəyicisi kimi fəaliyyətini dayandırıb. Digər tərəfdən hazırda xətdə olan sürücülərin heç biri rəsmi qeydiyyata alınmayıb və onların adı ilə vergi ödənilmir. Belə olan təqdirdə dövlət büdcəsindən yayındırılan vergi vəsaitləri ilə bağlı ciddi suallar ortaya çıxır.

Digər maraqlı məqam isə köhnəlmiş və yararsız hesab edilən Şəmkir Sərnişinnəqliyyat ASC-yə məxsus avtobuslardır. Sürücülər iddia edirlər ki, onların idarə etdikləri avtobuslar bundan öncə dəfələrlə yol polisinin texniki baxışından keçib və alınan rəylərə görə avtobuslarının hər biri istifadəyə yararlıdır. Bundan başqa "yenilənmə" adı ilə xəttə qoşulan yeni avtobusların texniki göstəriciləri və istifadə tarixləri heç də Şəmkir Sərnişinnəqliyyat ASC-yə məxsus avtobuslardan yüksək deyil.

Mövcud vəziyyətlə bağlı portalımıza danışan Şəmkir Sərnişinnəqliyyat ASC-nin müşahidə şurasının üzvü Emin Babayev problemlə bağlı nazir Ramil Quluzadənin bölgələrdəki qəbulunda olduğunu bildirib. E.Babayevin sözlərinə görə, nazirə mövcud vəziyyətlə bağlı məlumat verilərək, "10 saylı Şəmkir Regional Nəqliyyat" MMC-nin rəhbəri Əli İsmayılovun vəzifə səlahiyyətlərini aşması nəticəsində onlarca ailənin ac qaldığı deyilib:

"Nazirlə söhbətimiz zamanı biz Ə.İsmayılovun məhz nazirin tapşırığı ilə bizimlə olan müqaviləni ləğv etdirdiyini dedik. Cənab nazir isə, Ə.İsmayılova belə bir tapşırıq vermədiyini deyərək, bizə "gedin işləyin" cavabını verdi. Bundan başqa cənab nazir nazirlik əməkdaşlarından birini bu problemi araşdırmaq və ona məruzə etmək üçün təhkim etdi".

E.Babayevin sözlərinə görə, nazirlik əməkdaşı da məsələni araşdıran zaman Ə.İsmayılovun vəzifə səlahiyyətlərini aşdığını təsdiqlədi. Maraqlı olan məqam isə nazirlik əməkdaşının gəlişindən sonra sürücülər işə çıxmalı olduqları halda Ə.İsmayılov rəsmi qərarın olmadığını iddia edərək onları xəttə buraxmayıb.

ASC əməkdaşı E.Babayevin sözlərinə görə, bölgələrdə işsizliyin artdığı bir ərəfədə ölkə başçısının yeni iş yerləri açın çağırışını bəzi şəxslər kölgədə qoymaq istəyir. Belə ki, Şəmkir Sərnişinnəqliyyat ASC hər il dövlət büdcəsinə 20 min manatdan çox vergi ödəyir. Hazırda isə ASC-nin əməkdaşlarının böyük hissəsi işsiz qalıblar. Bu isə neçə ailənin ac qalması deməkdir.

Bütün bu özbaşınalıqlardan bezən sürücülər yaxın zamanlarda Prezident Administrasiyasının önünə yığışacaqlarını və prezident İlham Əliyevdən imdad diləyəcəklərinin anonsunu veriblər.

Məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1155   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544