Azərbaycan Yazıçılar Birliyi Bakı merinə qarşı: Əgər əxlaqsızlıq yuvası axtarırlarsa - BƏYANAT

Azərbaycan Yazıçılar Birliyi Bakı merinə qarşı: Əgər əxlaqsızlıq yuvası axtarırlarsa - BƏYANATAzərbaycan Yazıçılar Birliyi qalmaqallı "26" kafesi ilə bağlı bəyanat yayıb.

BiG.AZ həmin bəyanatı təqdim edir:

"Uzun illərdir ki Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. Bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır. «Buranı bağlayacayıq, qoymayacayıq» və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz.

Qalmaqalın özü barədə. Nədən başladı rəsmi şəxslərin və qabaqcadan xəbərdar edilmiş media nümayəndələrinin iştirakıyla keçirlirən bu basqın, reyder reysi?

Kiminsə ağlına gəlib ki, dünya kafelər şəbəkəsi kimi məlum olan 26 rəqəmini adı bədnam Bakı komissarlarıyla əlaqələndirsin. Güllələnmiş adamların şərəfinə kafe? Bu fikir o qədər gülünc və absurddur ki, heç cavab verməyə də dəyməzdi. Amma bu uydurma bəhanəylə kimlərinsə coşub özündən çıxması, «asacayıq, kəsəcəyik» deyə xox gəlməsi acı təəssüf doğurur. Kafeni işlədənlərin atası və qardaşının ermənilər tərəfindən qətlə yetirildiyini yada salanda şəhid ailəsini erməni havadarlığında suçlamaq abırsızlığın son həddidir. Bu azmış kimi hətta Yazıçılar Birliyinə də əl və dil uzadırlar. O təşkilata ki, Qarabağ fitnəkarlığı ortalığa atılandan bəri həmişə erməni millətçiləriylə mübarizənin ən fəal iştirakçısı olub. Bir çox yazıçılarımız, o cümlədən Birliyin rəhbərləri Bakıda, Moskvada, Türkiyədə, Avropa ölkələrində xalqımızın haqq işini müdafiə edən, erməni təcavüzünü, dinc əhaliyə qarşı vəhşiliklərini ifşa edən yazılar yazıb, çıxışlar ediblər.

Guya kiminsə arvadı ya dayısı ermənidir kimi populist sözləri və psixi sapıntıları ciddi qəbul etmək düz deyil, onları sadəcə sayıqlama saymaq olardı, amma Bakının İcra başçısı Hacıbala Abutalıbov kimi mötəbər rəsmi şəxsin Birliyimizin katibi Çingiz Abdullayevə verdiyi cavaba münasibət bildirməmək də olmaz, çünki bu cavab yumşaq şəkildə desək yanlışlıqlarla doludur. Əvvəla kafenin keçmiş adı Hacıbala müəllimin dediyi kimi «26-lar» yox «26»dır. İkincisi, kafenin adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Onda gərək Bakıda yüzlərlə müəssisənin, idarənin, dükanın, bankın, otelin adlarının həm də ingiliscə yazılması da komissarlarla bağlı olsun. Bakının bir çox ictimai iaşə yerlərində olduğu kimi «Xanımlara qəlyan çəkmək pulsuzdur» ifadəsi buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir. Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığışdırsınlar.

Bəs bu lüzumsuz mərəkənin əsl səbəbi nədir? Bu çox sadə izah olunur. Sentyabrın 8-də «Yeni Müsavat» qəzetində Bakının bir küçəsinin foto şəkli verilmişdi. Küçə «26 Bakı komissarı» (!) adlanır. Özü də Sabunçu rayonundadır.

Azərbaycan 26 ildir ki, müstəqilliyini elan edib. (26 rəqəmini ayrı yerə yozmayın ha)! Bu 26 ildə nəinki küçənin adı dəyişdirilməmiş, onun lövhəsi belə təzələnmiş və latın əlifbasıyla yenidən yazılıb divara vurulmuşdur. Xalqımızın cəlladlarının xatirəsinə havadarlıq etmək bax budur və elə həmin gün, yəni qəzetdə bu məlumat və şəkil çıxan gün hədəfi ayrı ünvana yönəltməkçün bu "26" kafe avanturasına start verildi. Əhsən deyək ki, bu kampaniyanın təşkilatçıları çox qıvraq hərəkət ediblər. Ayın 8-də olan hadisəyə 9-da çıxan rəsmi qəzetlərdə dərhal geniş material həsr olunub və həmişə hər şeyə hazır olanların rəyləri toplanıb. Elə bil yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün hayıf çıxırlar.

Sovet dövrünü yaşamış insanlar belə əcinnə ovlarını da, məsələnin əsl mahiyyətindən xəbərsiz «cəmiyyət nümayəndələrinin» əlüstü «ovçularla» həmrəy olduqlarını da yaxşı xatırlayırlar. Elə Şaumyanı da, başqa komissarları da tərifləyib göylərə qaldıran, bu temalarda dissertasiyalar müdafiə edib yüksək elmi adlar alanlar öz tarixçilərimiz deyildimi? Hansı biri üzrxahlıq edib, O, Azərbaycan xalqından onu illər boyu aldatdıqları üçün üzr istəyib?

Hacıbala müəllim iddia edir ki, «Sözü gedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu Natəvan klubuna aiddir. Belə bir yerə əxlaqsız gecə klubu olan «26-lar kafesi»nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir».

Dahilərin ruhuna və Azərbaycan xalqına hörmətsizlik bilmədiyin bir məsələ haqqında belə iddialı hökmlər verməkdir. Natəvan klubu Yazıçılar Birliyinin o məkanında deyil, həmişəki kimi üçüncü mərtəbəsində yerləşir və indi də fəaliyyət göstərir, demək olar ki, hər gün bu klubda ədəbi tədbirlər keçirilir. Əgər hörmətli Hacıbala müəllim bir dəfə Yazıçılar təşkilatına reyder reysiylə deyil, əziz müsafir kimi təşrif gətirsəydi onu məmnuniyyətlə dördüncü mərtəbədə yerləşən və fəaliyyət göstərən Məmməd Arif kitabxanasıyla da tanış edərdik və bu böyük alimin binamızda vurduğumuz barelyefini də görərdi.

Hacıbala müəllim Natəvan klubunda bir ədəbi tədbirimizdə iştirak etsəydi onu da bilərdi ki, mənhus 37- ci ildə repressiya qurbanları olmuş böyük Hüseyn Cavidin və Mikayıl Müşfiqin Natəvan klubundan xəbərləri ola bilməzdi, çünki bu klub 1939-cu ildə açılıb. (Elə Yazıçılar İttifaqı da o vaxtdan bu binaya köçüb). Axı nə qədər yanlış sözlər deyib onlardan yanlış nəticələr çıxarmaq, ictimaiyyəti xamlamaq olar. Yeri gəlmişkən bu böyük alimin - Məmməd Arifin yaşadığı evə xatirə lövhəsi vurdurmağı Hacıbala müəllimdən xahiş edirik.

Ermənilərin və ermənipərəstlərin Azərbaycan Yazıçılar Birliyinin əleyhinə dedikləri, yazdıqları, Sovet vaxtı Moskvaya millətçiliyimiz haqqında danos vermələrinin səbəbi aydındır. Bəs özümüzünkilər niyə bu təşkilata belə qənim kəsilib, əllərindəki bütün imkanlardan istifadə edərək bu təşkilatı və ayrı-ayrı görkəmli yazıçıları nüfuzdan salmağa çalışırlar? Yazıçıların nə külli miqdarda varı-dövləti, nə yüksək vəzifələri, nə müxtəlif imkanları var. Bircə silahları var – o da qələmləridir, amma unudulmasın ki, bu çox güclü silahdır və həmin silahla damğalananlar tarixdə bu damğayla qalacaqlar.

Bununla da bu mübahisəyə son qoymaq istəyirik və qarşı tərəfi də Yazıçılar Birliyi kimi nüfuzlu təşkilata daha təmkinlə və hörmətlə yanaşmağa çağırırıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1502   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 168
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 212
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 400
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 194
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 2698
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 613
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 830
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 169
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 308