Elmi Tədqiqat İnstitutu ZİBİLXANA içində - FOTOFAKT

Elmi Tədqiqat İnstitutu ZİBİLXANA içində - FOTOFAKT

Söhbət Xətai rayonu Rahib Məmədov 25 ünvanında yerləşən Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun ətrafında yaranmış natəmizlikdən gedir.

BiG.AZ cebhe.info-ya istinadən əbər verir ki, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu müəssisənin ətrafı zibillik mənbəyinə çevrilib. Elmi Tədqiqat İnstitutunun yaxınlığında uzun müddətdir yığılıb qalmış zibil qalaqları daşınmadığından ərazidə üfunət baş alıb gedir.

Zibilin daşınmasına məsul olan yerli icra hakimiyyəti öz vəzifə borcunu yerinə yetirmir. Havaların da isti keçdiyini nəzərə alsaq, sözügedən ərazidə hansı mənzərənin yarandığını demək çətindir.

Həmin görüntüləri təqdim edirik:

Elmi Tədqiqat İnstitutu ZİBİLXANA içində - FOTOFAKT
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 380 Tarix: 12.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol