Nazir İsraildə Albert Aqarunovun qardaşı ilə GÖRÜŞDÜ - FOTOLAR

Nazir İsraildə Albert Aqarunovun qardaşı ilə GÖRÜŞDÜ - FOTOLAR

İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkədə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb.

BiG.AZ xəbər verir ki, görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən A.Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb. Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim vətəni bilmiş, torpağı uğrunda döyüşmüş, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda etmişdir.
R.Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Nazir İsraildə Albert Aqarunovun qardaşı ilə GÖRÜŞDÜ - FOTOLAR
Nazir İsraildə Albert Aqarunovun qardaşı ilə GÖRÜŞDÜ - FOTOLAR
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 429 Tarix: 12.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Omer_Xeyyam
Omer_Xeyyam 12.09.2017
Şuşa cəsur tankçı Albertin ölümündən sonra alındı.