Azərbaycanda əsgərlər arasında ATIŞMA: Bir-birlərini GÜLLƏLƏDİLƏR

Azərbaycanda əsgərlər arasında ATIŞMA: Bir-birlərini GÜLLƏLƏDİLƏR

Salyanda həbsxanada baş vermiş silahlı insidentlə bağlı cinayət işi başlanıb.

Respublika Hərbi Prokurorluğundan BiG.AZ-a verilən məlumata görə, sentyabrın 10-da saat 05:30 radələrində Mühafizə Alayının Salyan rayonu ərazisində yerləşən bölüyünün kiçik çavuşu Əmrah Müftəliyevin mübahisə zəminində əsgər yoldaşı Əyyam Əyyubluya qarşı avtomat silahdan atəş açaraq ona xəsarətlər yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanııb və Ə.Müftəliyev şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir.

Qeyd edək ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyan rayonun Yenikənd kəndində yerləşən, "Xələc həbsxanası" kimi tanınan 5 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə xidmət edən Ağstafa rayon sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 10396 Tarix: 12.09.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Feminaimortalis
Feminaimortalis 12.09.2017
bele seyler bir birleri ile etdikleri zarafatlardan olur.zarafat axirda hansinasa xos gelmir ve ya zarafatin sitini cixarirlar.men hec kimle zarafat etmirem butun munasibetlerim ciddidi.casaninda anasini s ...m


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər