Ağdaşda çaqqallar 5 nəfəri PARÇALADI: Xəstəxanada...

Ağdaşda çaqqallar 5 nəfəri PARÇALADI: Xəstəxanada...

Ağdaş rayonunda çaqqallar kənd sakinlərinə hücum edib.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bulaqotağı kəndində qeydə alınıb.

Küçədə və həyətyanı ərazidə olan kənd sakinləri- 1987-ci il təvəllüdlü İbrahimov Valeh Mübariz oğlu, 1942-ci il təvəllüdlü Qarayeva Hamilə Şəmi qızı, 2001-ci il təvəllüdlü Hacıyev Vüqar Yadigar oğlu, 2005-ci il təvəllüdlü Əzizov Sultan Əziz oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Rəşad Nizami oğlu qəflətən çaqqalların hücumuna məruz qalıb.

Quduz heyvanlar kənd sakinlərinin əl və ayaqlarını dişləyərək onlara xəsarət yetiriblər. Çaqqalları öldürmək mümkün olmayıb. Yaralılar təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb, onlara quduzluğa qarşı vaksin vurulub.

Kənd sakinləri tez-tez tülkü, çaqqal və canavarların mal-qaraya, toyuq-cücəyə, insanlara hücum etdiyini bildiriblər.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 978 Tarix: 12.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol