SON DƏQİQƏ! Prezident bu məmuru VƏZİFƏSİNDƏN AZAD ETDİ

SON DƏQİQƏ! Prezident bu məmuru VƏZİFƏSİNDƏN AZAD ETDİ

Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini vəzifəsindən azad olunub.

Prezident İlham Əliyev bununla bağlı avqustun 1-də sərəncam imzalayıb.

X. Abdullayevin yerinə təyinat baş verməyib.

Qeyd edək ki, X. Abdullayev 1976-cı ildə Beyləqan rayonunda anadan olub.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Əmək fəaliyyətinə 1997-ci ildən AMB-də Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsi ilə başlayıb.

2000-ci ilin avqust ayından AMB-nin Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb.

2008-ci ildə ABŞ-ın “George Washington” universitetində “Fulbright” tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil alıb.

2008-ci ilin aprel ayından AMB-nin baş direktoru vəzifəsinin icraçısı təyin edilib. 2009-cu ilin iyul ayında baş direktor vəzifəsinə təsdiq edilib.

2010-cu ilin mart ayından Milli Məclisin qərarı ilə AMB-nin İdarə Heyətinin üzvü seçilib.

2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib.

2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5187 Tarix: 12.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Whack_Attack
Whack_Attack 12.09.2017
Qazandığın qazanıb birazda başqası qazansın))
# İtlərdən sadiq qalmağı öyrən,
Hürməyi yox ..! #