"Çelsi" - "Qarabağ" oyununun start heyətləri açıqlandı

"Çelsi" - "Qarabağ" oyununun start heyətləri açıqlandı

Bu gün Çempionlar Liqasının qrup mərhələsinə start veriləcək. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu mərhələdə tarixinin ilk oyununa çıxacaq və "Çelsi"nin qonağı olacaq.

İngiltərə mətbuatı oyundan bir gün əvvəl komandaların mümkün start heyətlərini açıqlayıb. Ansi Aqollinin zədəli olmasından xəbərsiz olan həmkarlarımız alban futbolçunun adını start heyətinə salıb. İngilis jurnalistlər hesab edir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu oyunda yeni transferlər - Pedro Enrike, Tarik Elyunussi və Ramil Şeydayevə, həmçinin kapitan Rəşad Sadıqova ilk dəqiqələrdən şans verməyəcək.

Çelsi: Uilli, Kaballero, Antonio Rudiger, Hari Kahill, Andreas Kristiansen, David Zappakosta, Danni Drinkvater, Nqolo Kante, Markos Alonso, Villian, Mişi Batşuayi, Eden Hazard.
Qarabağ: İbrahim Şehiç, Maksim Medvedev, Yakub Rejniçak, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Vild-Donald Qerye, Mişel, Riçard Almeyda, Mahir Mədətov, Dino Ndlovu.
f Paylaş
Bölmə: İdman Oxunub: 1563 Tarix: 11.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
vetenperver
vetenperver 12.09.2017
hamsida olum futbolculardiha))babat sekiler selfiler cekerler)stemford bricde..yaxsi alver ederler)uduzsalarda eybi yox zato londonu gorduler)))yenede uduzsalarda inshallahki qalibiyyet arzulayaq ,,arzu olsa bele yenede arzulayaq


 
Omer_Xeyyam
Omer_Xeyyam 12.09.2017
Uğurlar qarabağ