Daha bir ailə FACİƏSİ: Ana doğuş zamanı öldü - FOTO

Daha bir ailə FACİƏSİ: Ana doğuş zamanı öldü - FOTO

Sentyabrın 10-da Bakıda, Leyla Şıxlinskayanın Klinikasında ana ölümü baş verib. 32 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Nazirliyin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova faktı təsdiqləyib.

Daha bir ailə FACİƏSİ: Ana doğuş zamanı öldü - FOTO

BiG.AZ xəbər verir ki, komissiya sədri virtualaz.org saytına açıqlamasında deyib ki, uşağın həyatını xilas etmək mümkün olsa da, ana ölüb. “Bütün özəl tibb müəssisələri, o cümlədən Leyla Şıxlinskayanın Klinikası Səhiyyə Nazirliyinin təlimatlarına əsasən fəaliyyət göstərir. Özəl tibb müəssisələrində baş verən ana ölümləri tərəfimizdən araşdırılır. Klinikada ana ölümü sentyabrın 10-da qeydə alınıb, bu barədə Doğuşayardım Komissiyası məlumatlandırılıb. Sənədlər təqdim ediləndən sonra ölümün səbəbi araşdırılacaq. Araşdırma tamamlanmadan ananın hansı səbəbdən öldüyünü söyləmək olmaz”,-Məmmədova əlavə edib.

Klinikanın özünü təqdim etmək istəməyən həkimi isə deyib ki, nəinki dünən axşam, o cümlədən son 1 ildə burada ana və uşaq ölümü qeydə alınmayıb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2480 Tarix: 11.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol