Mikayıl Cabbarov test imtahanlarının ləğvindən danışdı

Mikayıl Cabbarov test imtahanlarının ləğvindən danışdı

"Azərbaycanda qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı görülən işlər barədə ictimaiyyət məlumat alacaq".

BiG.AZ trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

O qeyd edib ki, Azərbaycanda qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə fəaliyyət Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə gördüyü işdir:

"Bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmunlu proqramın - kurrikulumun tətbiqi ilə əlaqələndirilib. Eyni zamanda, bu layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdir. Bu istiqamətdə işlər daim həyata keçirilir. Sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüşlər keçirilib. İctimaiyyət bu proses üzrə görülən işlərdən məlumat alacaq".
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2000 Tarix: 11.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Yalniz12
Yalniz12 12.09.2017
Vetenperver Artur Resizadeni başa düşmek olur ki? Hamisi beledi bu da mektebleri vapşe zay gunune qoydu korrupsiya olan yerde tehsilden daniwmaq yersizdi Muellimlerin maawi artmir elave mesgele kecende uje vergi alırlar
vetenperver
vetenperver 12.09.2017
yegane nazirdirki bunun danisigin basa duse bilmirem,,amerikada oxusada islesede yenede danisa bilmir,,gor bunun rehberi oldugu muellimler necedirda,,


 
Yalniz12
Yalniz12 11.09.2017
@Ad_c Azerbaycanda tehsil savadisizliga getirib cixarir
Ad_c
Ad_c 11.09.2017
TEST IMTAHAN LEGV OLUNSA YAXWI OLAR .TEST SAVADSIZLIQA GETIRIB CIXARDIR