Bu gün azadlığa buraxılan Mehmanın İLK GÖRÜNTÜLƏRİ YAYILDI - ANBAAN VİDEO

Bu gün azadlığa buraxılan Mehmanın İLK GÖRÜNTÜLƏRİ YAYILDI - ANBAAN VİDEO

Jurnalist Mehman Əliyev artıq azadlıqdadır.

BiG.AZ xəbər verir ki, “Turan” informasiya agentliyinin baş direktoru Mehman ƏIiyev həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlamışdı və mediada gedən xəbərlərə görə, Qazaxıstandan qayıdan Azərbaycan prezidenti bu müraciətə reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə etmişdi.

Mehman Əliyevin vəkili Fuad Ağayev musavat.com-a bildirib ki, istintaq orqanı təqdimatla və müstəntiq isə vəsatətlə Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Onlar həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər. Məhkəmə təqdimata və vəsatətə baxıb.

Məhkəmənin qərarı ilə Mehman Əliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Mehman Əliyev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.



f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1539 Tarix: 11.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol