Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır

Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır

Sabahdan, sentyabrın 12-dən Azərbaycan Milli Məclisinin payız sessiyasının komitə iclasları başlayır.

Bu barədə BiG.AZ-a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, sentyabrın 12-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək. İclasda “Müdafiə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə ediləcək.

Payız sessiyasının ilk plenar iclasının isə sentyabrın sonunda keçiriləcəyi gözlənilir.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 153 Tarix: 11.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol