Azərbaycanlı qadın və uşaqların olduğu İŞİD-çilər əsir düşdü – VİDEO

Azərbaycanlı qadın və uşaqların olduğu İŞİD-çilər əsir düşdü – VİDEO

İraq ordusu Mosulda İŞİD terror təşkilatının tərkibində olan döyüşçülər, onların yoldaşları və uşaqlarının da olduğu 1400 nəfəri əsir götürüb.

BiG.AZ baku.ws-ə istinadən xəbər verir ki, iraqlı səlahiyyətlilər saxlanılan şəxslərin böyük bir qisiminin Türkiyə, Tacikistan, Azərbaycan və Rusiyadan gəldiyini ifadə edir. Asiyadan, Fransadan və Almaniyadan da az sayda əsir var.

Norveçli Sığınacaq Düşərgəsi sözçüsü Melani Marxam mövzu ilə əlaqədar bunları söyləyib: “Onların vəziyyəti çox pisdir. Biz onların, su, qida və sığınacaq kimi təməl ehtiyaclarını qarşılayırıq. Buradan çölə çıxmalarına icazə verilmədiyi üçün onların gələcəyi naməlumdur. Biz İraq hökumətinin əsas insan hüquqlarına hörmət göstərərək, ən qısa zamanda onların gələcəyi ilə bağlı qərar verməsini gözləyirik”.

İŞİD terrorçularının ailələrinin böyük bir hissəsi Mosulun şərqindəki bu düşərgəyə 30 avqustdan sonra gəlib.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1008 Tarix: 11.09.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər