Rus səfiri öldürənin gizli mesajları ortaya çıxdı: SƏN DEMƏ QƏTLDƏN 1 GÜN ÖNCƏ...

Rus səfiri öldürənin gizli mesajları ortaya çıxdı: SƏN DEMƏ QƏTLDƏN 1 GÜN ÖNCƏ...

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu "Əl-Qaidə" terror təşkilatının sifarişi əsasında öldürən polis Mevlüt Mert Altıntaşın "WhatsApp" qrupundakı gizli mesajları aşkara çıxarılıb.

Ankara Baş Prokurorluğunun apardığı istintaq tədbirləri zamanı qatilin yazışdığı "Sosial hiss" adlı qrupun digər üzvlərinin Suriya və İraqdakı cihadı tənqid etdikləri məlum olub.

Altıntaşın sui-qəsddən 1 gün öncə Əli İmran surəsinin 103-cü ayəsinin yazıldığı bir mesaj aldığı ortaya çıxıb.

Bu ayədən terror təşkilatlarının hücum əmri verərkən kamuflaj məqsədilə istifadə etdikləri qeyd olunur.

mənbə: qaynarinfo.az
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2236 Tarix: 11.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol