Zəncirvari qəza yenə CAN ALDI: 10 nəfər xəsarət aldı, 1 azyaşlı ÖLDÜ

Zəncirvari qəza yenə CAN ALDI: 10 nəfər xəsarət aldı, 1 azyaşlı ÖLDÜ

Bakının Xəzər rayonu ərazisində 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

BiG.AZ-ın "report"a istinadən xəbərinə görə, qəza Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn "VAZ-2104" markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn və sağdan ötmə əməliyyatı etmək istəyən "Daewoo" da "VAZ-2106"ya çırpılıb. Nəticədə "VAZ- 2106"da olan bir yaşlı körpə ölüb. Qəza zaman, o cümlədən hər üç avtomobildə xəsarət alanlar olub. Belə ki, üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqların vəziyyətləri ağırdır.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 288 Tarix: 11.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol