Bakı səhəri ACI XƏBƏRLƏ AÇDI: Aeroport yolundakı faciəvi QƏZA CAN ALDI (+18 VİDEO)

Bakı səhəri ACI XƏBƏRLƏ AÇDI: Aeroport yolundakı faciəvi QƏZA CAN ALDI (+18 VİDEO)

Bu gecə saat 00:20 radələrində şəhərdən aeroport istiqamətinə, “Razin” adlanan qəsəbəyə gedən yol ayrıcında avtomobil piyadanı vurub.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, 99-DF-602 dövlət qeydiyyat nişanlı, “Mitsubishi” markalı cip avtomobili 40-45 yaşlarında kişini yoldan keçərkən vurub.

Hadisə yerinə təcili tibbi yardım maşını gəlsə də, piyadanın həyatını xilas etmək mümkün olmayıb. Vurulan şəxs zərbədən hadisə yerindəcə keçinib.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları gəlib. Sürücü saxlanılıb.

Qeyd edək ki, piyadanın vurulduğu yerdə üst piyada keçidi mövcuddur.




Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1982 Tarix: 11.09.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər