Prezident: "Müsəlmanlara qarşı qətliamı qətiyyətlə pisləyirik"

Prezident: "Müsəlmanlara qarşı qətliamı qətiyyətlə pisləyirik"

BiG.AZ sputnik.az-a istinadən bildirir ki, prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində çıxışında bildirib ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq.

“Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım — 100 ton ərzaq məhsulu göndərmişdir” — deyə dövlət başçısı qeyd edib.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 627 Tarix: 11.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol