DƏHŞƏT:Bakıda türkiyəli iş adamının APTEKİNİ SOYDULAR- Maşınını...

DƏHŞƏT:Bakıda türkiyəli iş adamının APTEKİNİ SOYDULAR- Maşınını...

Paytaxtda gecə saatlarında aptekdən oğurluq edilib.

BiG.AZ lent.az-a istinadən bildirir ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 80 ünvanındakı aptekin sahibi, Türkiyə vətəndaşı Yazar Levent Servet oğlu polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında qapını sındırmaq yolu ilə oradan 300 manat götürüb.

Həmin şəxslər aptekin siyirməsindən obyektin qarşısındakı “Seat İbiza” markalı avtomobilin açarını götürərək maşını da qaçırıblar.

Faktla bağlı araşdırmalar aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 955 Tarix: 10.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol