Uşaqla birlikdə "böyüyən" paltar yaradıldı - FOTO

Uşaqla birlikdə "böyüyən" paltar yaradıldı - FOTO

Britaniyalı dizayner Rayan Yasin uşaqlar üçün onlarla birlikdə "böyüyən" paltar icad edib.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, dizayner xüsusi növ parça hazırlayıb.

Parçanı uşağın ölçülərinə uyğun olaraq eninə, yaxud uzununa dartmaq olur. Sukeçirməz parça yüksək dözümlülüyü ilə seçilir, paltaryuyan maşında yuyula və təkrar emal oluna bilər.

Yeni materialdan olan paltarlar 3 aylıq-3 yaşlı uşaqlar üçün hesablanıb. İnnovativ materialı hazırlayarkən Yasin kollecdə öyrəndiyi aeronavtik mühəndisliyin prinsiplərindən istifadə edib. Onun fikrincə, yeni kəşf valideynlərə pullarına qənaət etmək və ətraf mühiti az çirkləndirmək imkanı verəcək.
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1780 Tarix: 10.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol