"Kərim yaxşı "tutdu" məni" – Orxan Sadıqlı

"Kərim yaxşı "tutdu" məni" – Orxan SadıqlıBiG.AZ apasport.az-a istinadən xəbər verir ki, bu gün keçirilən "Kəpəz"lə Kərim Diniyev təxminən 60 metrlik məsafədən vurduğu qola üzülən "İnter"in qapıçısı Orxan Sadıqlı matçdan sonra sualları cavablandırıb.

- Hadisələr sanki bir göz qırpımında baş verdi...

- Oyuna yaxşı başladıq. İstəyirdik ki, erkən qol vuraq. 30 dəqiqə ərzində rəqib qapısından 3 top keçirdik. Sonrakı dəqiqələrdə 2 top buraxmağımız bir qədər rahatlaşmağımızın nəticəsi oldu. İkinci hissədə toparlanmağı bacardıq. Qol vura bilməsək də, qapımızı da toxunulmaz saxladıq.

- Kərim Diniyevin uzaq məsafədən vurduğu qol zamanı qapıdan o qədər aralı çıxmağa ehtiyac var idi?

- Ehtiyac yox idi. Mənim oyun ülubum belədi, sadəcə, Kərim yaxşı "tutdu" məni. Onu da baxımlı qola imza atdığına görə təbrik edirəm. Yəqin bir də belə səhvi təkrarlamarıq. Futbolda Noer kimi qapıçı da bu cür səhvə yol verir. Sadəcə olaraq, buna bağlanmaq lazım deyil.

- Nəticə çıxarmaq lazımdı...

- Əlbəttə, nəticə çıxarmaq, dərs almaq lazımdı. Başqa oyunlarda bu cür səhv etmək olmaz.

- Fasilədə baş məşqçi hansısa şəkildə etirazını bildirdimi?

- Heç nə demədi. Əksinə, dəstək nümayiş etdirdilər, dedilə, oyundu, belə hallar olur. Yerimdə başqası olsaydı, yenə həmin addımı atacaqdılar. Əlbəttə, belə məqamda psixoloji dəstək çox vacibdi.

- Bu səhvin təsiri matçın qalan dəqiqlərində beyninizi "qurcaladı"mı?

- İndi də təsiri var. Beynimdə qalmışdı. Ümumiyyətlə, buraxdığım qolda səhvim olursa, sakitləşə bilmirəm. Oyunun sonuna qədər beynimi "qurcalayır".

- Bu, karyeranızda ən kuryoz qoldu?

- Rəqib futbolçu üçün yaxşı, baxımlı qol alındı. Mənim üçünsə bir təcrübə oldu. Bu cür kuryoz qol buraxdığımı xtırlamıram.

- Kərimin qolunu Premyer Liqanın ən yaxşı qolu seçmək olarmı?

- Ən yaxşı qollardan biri demək olar. Bəlkə bundan da yaxşı qollar vurulacaq. Çempionat yeni başlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1196   Tarix: 10 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 455
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 198
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 207
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13.04.2024 229
.

Gürcüstan millisi tarix yazdı - Video

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissənin ardınca penaltilər seriyası oynanılıb. Gürcüsta

27.03.2024 623
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14.04.2024 281
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 150
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 214
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 348