Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLARŞou-biznes əhli imicində dəyişiklik etməyə çox meyillidir. Ən çox dəyişənlər qadınlar olsa da, kişilər də "qonşudan qalma dala" prinsipini əsas gətirərək, öz imiclərində yenilik etmək, dəyişmək, hətta plastik əməliyyat etməkdən belə çəkinmirlər.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu dəfə sizə illər ərzində saç və saqqal stilləri dəyişən kişi məşhurlarımızın siyahısını təqdim edir:

"Tarkansayağı" saqqaldan lumberseksual görüntüyə qədər bütün stilləri miks edən şou əhli və sıralaması belədir:

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR1. Saç və saqqal dəyişikliyi dedikdə ilk olaraq ağla cənab qızıl şlayger, Xalq artisti Faiq Ağayev gəlir. Çünki səhnə mədəniyyəti və işləri ilə yanaşı onu başqalarından fərqləndirən Azərbaycan mentallığını radikal şəkildə qıran ilk kişi müğənnisi olması idi. Qısa qara saçlardan "Pəncərə" klipindəki tünd sarı saçlara kimi dəyişən Xalq artistinin imici hər zaman ən çox danışılan mövzulardan olub.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR2. Müğənni Kərim Abbasov da yeniliklərə qaçanlardandır. Onu iki aydan bir yeni saç stili ilə görməyə artıq tamaşaçının da gözü öyrəşib.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR3. Sözsüz ki, ən fərqli saç düzümləri ilə ekranlara çıxanlardan biri də bəstəkar-müğənni Rəhim Rəhimlidir. Hər geyindiyi paltara uyğun saç düzümü edən Rəhimin təkcə Xalq artisti Aygün Kazımovanın doğum günündəki xalatı ilə saç düzümü uyuşmamışdı. Fərqliliyi hiss etdirən sənətçi xalatda bir az saçları islaq gəlsə, bəlkə daha məqsədəuyğun olardı.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR4. Yerli şou-biznesin Murad Bozu, ilk dəfə "Uçduq" klipindəki öpüşmə səhnəsindən sonra saç düzümünü də "uçurdanlardandır". İllər ərzində saqqallarını uzadıb lumberseksual olan Zamiqin yeni görüntüsü onu daha xarizmatik göstərir.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR5. Bir müddət öncə saçlarını saraldıb sosial mediada izləyicilərin tənqidilə üzləşən Ramal sonradan öz orijinal saçlarına qayıtdı.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR6. "Eurovision 2011" müsabiqəsindəki qalibiyyəti ilə uğur qazanan Eldar Qasımov son 6 ildə fərqli saç düzümlərilə tamaşaçının qarşısında olub. Saçlarının çox kiçik hissəsini saraldan Eldar izləyicilərin sərt reaksiyası ilə qarşılaşsa da, sakit qaldı. O, bununla kütlə arxasınca qaçmayan müğənni olduğunu bir daha göstərmiş oldu.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR7. Şübhəsiz ki, bu sırada bir neçə müğənni olmalı idi, çünki saçına tük əkdirən təkcə Elariz deyil. Amma düşündük ki, çiynənməmiş mövzu yalnız Elarizin yeni saçlarıdır. Və qarşınızda sənətçinin "before-after" fotosu.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR8. Bu yaxınlarda ata olan Elçin də "Şip-şirin"dən tutmuş "İstədim"ə qədər hər dəfə müxtəlif mahnılarında cüzi də olsa dəyişikliyə uğrayıb. Onun saç düzümləri toyu kimi gizli qalsa da, biz üzə çıxarmaq istədik.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR9. İtirdiyi kilolarla fit bir bədən quruluşu yığan Abbas Bağırovun saçları bədəni qədər olmasa da illər ərzində dəyişikliyə uğrayıb.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR11. 16 yaşında mahnı yarışmasında "Duy-duy" adlı mahnı oxuyub, səsini bütün Azərbaycana duyuran Çingiz Mustafayev tez-tez gitaranın tellərini qırsa da, öz tellərinə diqqətlə yanaşır.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR13. Aparıcı demişkən, evləndirmədən tutmuş-boşanmayadək bütün ailə-məişət zəminində baş verən hadisələri öz proqramlarında həyata keçirən əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyevin rəngarəng saçları olmasa da həmişə fərqli görünməyə çalışanlardandır.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi - ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTOLAR14. Ondan başqa məşhurların 90%-i saç əkdirməyə, kəsdirməyə, rəngləməyə qaçsa da, o bunların heç birini etmədi. Çünki ortada heç bir saç yox idi. Qarşılayın! İllərdir dəyişməyən imici ilə Arzu Rzayev!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2833   Tarix: 07 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1145
.

Aybəniz Haşımova: "Bir gün eşidəcəksiniz ki, mən də yoxam"

"Bir gün eşidəcəksiniz ki, mən də yoxam". xəbər verir ki, bu sözləri mərhum sənətkar Cavanşir Məmmədovun vida mərasimində Əməkdar artist Aybəniz Haşımova deyib. O, mərhum sənətçini illərdir tanıdığını vurğulayıb. "Mən balaca uşaq idim, Cavanşir müəllim "Xatirə" ansamblında qarmo

20.04.2024 1308
.

"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi"

Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb. "Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi

21.04.2024 1146
.

Vüqar Muradov: "Cavanşir Məmmədov mənim ağsaqqalım idi"

"Cavanşir Məmmədov mənim ağsaqqalım idi". Bunu -a açıqlamasında müğənni Vüqar Muradov deyib. O, mərhum Əməkdar artistin dəfn mərasimində iştirak edib və bildirib ki, atasını itirən zaman Cavanşir Məmmədov ona bir əmi kimi qayğı göstərib:. "Atam vəfat edəndə Cavanşir əmi mənim yanımda old

20.04.2024 535
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1634
.

Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım instaqramda yeni fotosunu izləyicilər

21.04.2024 11876
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı paylaşım

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

20.04.2024 2226
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1236
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 500