"Hacıbala müəllimi tənqid edən müğənnilərə qadağalar qoyulacaq"–Tahir İmanovdan SENSASSİON AÇIQLAMA

"Hacıbala müəllimi tənqid edən müğənnilərə qadağalar qoyulacaq"–Tahir İmanovdan SENSASSİON AÇIQLAMA"Nə qadağaları varsa, bizə tətbiq etsinlər".

BiG.AZ xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında "Planet Parni iz Baku" teatrının bədii rəhbəri Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fəaliyyətinə həsr olunan tənqidi kliplə bağlı danışarkən söyləyib. O, şou-biznes nümayəndələrinin ifası ilə icra başçısının fəaliyyətinin tənqid edilməsində satira və yumorun olduğunu bildirib:

"Bu bizim keçən ilki konsertimizin kiçik bir parçasıdır. İndi yayımlayırlar. Burada məqsəd bizi siyasi oyunların və hansısa konfiliktlərin mərkəzinə çəkməkdir. Siz bilirsiz ki, Hacıbala Abutalıbovu ilk parodiya edən biz olmuşuq. O dövrdən bu günə kimi burada yumor və satiradan başqa heç nə olmayıb. Mən bütün saytlardan xahiş edirəm ki, ara qızışdırmasınlar".

T.İmanov illərdir məmurların fəaliyyətini tənqid etdiklərini və buna görə telekanallara buraxılmadıqlarını deyib:

"Biz illərdir ki, məmurları və onların fəaliyyətlərini tənqid etmişik. Buna görə, bu gün bizə telekanallar qadağalar qoyublar. Buna görə teatrımız ac saxlanılır. Halal xoşları, yenə də buna bir söz deməyəcəyik. Bizim sənətimizə qiymət versinlər, başqaları ilə işimiz yoxdur".

Aktyor Hacıbala Abutalıbovun onunla görüşdüyünü və ilk parodiyasından sonra ona təşəkkür etdiyini də əlavə edib:

"Ümummilli Lider Heydər Əliyev və İlham Əliyev bizim konsertlərimizə gələndə təkcə Hacıbala Abutalıbov deyil, bütün məmurların hamısı bizimlə çox xoş münasibətdə idilər. Hətta ilk parodiyadan sonra Hacıbala Abutalıbov məni öz kabinetinə dəvət edərək təşəkkürünü bildirmişdi. Bunların hamısını ona görə deyirəm ki, o zamankı dövrlə indini müqayisə edəsiniz. Həmin tənqid, həmin satira, həmin yumordu. Amma indi bizim teatrı sıradan çıxartmağa çalışırlar. Səbəb isə tənqidlərimizdir. Bizə telekanallar deyirlər ki, siz də müasir dövrlə ayaqlaşın, sizə efir vaxtı verək. Niyə? Biz zirvələri fəth etmişik. O zirvələri ona görə fəth etmişik ki, bu gün onların dediyini edək? Buna biz imkan verə bilmərik. Öz fəaliyyətimiz ilk gündə olduğu kimi davam edəcək. Bizim adımız tək Azərbaycan tarixinə deyil, beynəlxalq KVN tarixinə yazılıb".

T.İmanov məlum klipdən sonra orada iştirak edən müğənnilərin icra hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək konsert proqramlarına qadağalar qoyulacağını deyib:

"Yəqin ki, həmin müğənnilərə icra hakimiyyətinin tədbirlərində qadağalar qoyulacaq. Mən bunu bilirəm. Bunu etməsinlər. Bilirsiz ki, bu artıq bizim ölkədə məşhur taktikadır. Bir şey olmamış qadağalar tətbiq edilir. Bir daha deyirəm ki, bu layihə mənim təşəbbüsüm ilə həyata keçirilib. Nə qadağaları varsa, bizə tətbiq etsinlər. Burada qeyri-adi bir şey yoxdur. Biz demokratik bir ölkədə yaşayırıq və tənqidlərin də olması bu səbəbdən normaldır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2357   Tarix: 06 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1391
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1058
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

16:18 187
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 4513
.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 355
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 595
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 792
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 994
.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 1005