Döş xərçənginə qarşı profilaktika

Döş xərçənginə qarşı profilaktikaQadınların ən çox ehtiyat etdiyi və qorxduğu xəstəliklərdən biri də döş xərçəngidir. Mütəxəssislərin bildirdiyinə görə, süd vəzisi xərçənginin artması günümüzün reallıqlarından biridir. Lakin necə deyərlər, Allah min dərd veribsə, min bir dərmanını da yetirib. Həkimlər də qadınlara bu problemdən qaçmaları üçün bir sıra tövsiyələr edir.

1. Alkoqolla vidalaşın!
Aparılan bütün araşdırmalar alkoqol qəbul edən qadınların süd vəzisi xərçənginə tutulma riskinin daha yüksək olduğunu göstərir. Gündə 2-5 qədəh içən qadınların riskinin heç alkoqol qəbul etməyənlərə nisbətən 1,5 dəfə artdığı məlumdur.

2. Siqaret olmaz!
Süd vəzisi xərçəngi ilə siqaret arasındakı birbaşa bağlantı dəqiq olaraq ortaya qoyulmamasına baxmayaraq, tədqiqatçılar erkən yaşdan etibarən siqaret çəkən qadınların süd vəzisi xərçənginə tutulma riskinin daha yüksək olduğunu düşünürlər. Siqaretin sadəcə süd vəzisi xərçəngi üçün deyil, ağciyər xərçəngi üçün də ciddi faktor olduğunu unutmamalıyıq.

3. Aktiv olun!
Fiziki aktivlik süd vəzisi xərçəngi riskini azaldır. Həftədə 75 ilə 150 dəqiqə arası gəzintiyə çıxan qadınların süd vəzisi xərçəngi olma riskinin 18% azaldığı məlumdur. Davamlı edilən idman, həm çəkinizin düzənlənməsinə, həm də xərçəng riskini azaltmağa kömək edir. Amerika xərçəng dərnəyi süd vəzisi xərçəngi riskini aşağı salmaq üçün qadınlara həftədə 5 gün olmaqla gündə 45-60 dəqiqəlik idman etməyi məsləhət görür.

4. Ailəvi riskiniz haqqında məlumatınız olsun!
Anamnezdə fərdi və ya ailəvi süd vəzisi xərçənginin olması riski artırır. Əgər ailənizdə süd vəzisi xərçəngi olan bir yaxınınız varsa, bu haqda həkiminizə məlumat verməlisiniz. Süd vəzisi xərçənglərinin bir hissəsinin ailəvi mənşəli olduğu məlumdur. Ananız və ya bacınızda süd vəzisi xərçənginin olması sizin də mütləq süd vəzisi xərçəngi olacaqınız mənasını daşımır, ancaq ailəvi süd vəzisi xərçəngi riski varsa, müayinələr və analizlərdən keçmək lazımdır və xüsusi tibbi baxım gərəklidir.

5. Hormonal müalicələrdən uzaq durun!
Uzun müddət hormon replasman müalicəsi almaqla süd vəzisi xərçəngi arasındakı əlaqə, araşdırmalar sayəsində ortaya qoyulmuşdur. Xüsusilə esterogen progesteronun birlikdə müalicəsi bu riski daha da artırır. Dərmanların kəsilməsindən sonra 5 il ərzində risk səviyyəsi aşağı düşür. Hormon müalicəsi mammoqrafiyaların diaqnostik qabiliyyətini də aşağı salır. Əgər klimaks sonrası hormon müalicəsi veriləcəksə, həkiminizlə birlikdə digər fərdi və ailəvi risklərinizi gözdən keçirməlisiniz.

6. Süd vəzilərinizi hər ay yoxlayın!
Hər ay süd vəzilərinizi yoxlamağınız, bəlkə süd vəzisi xərçəngi riskinizi azaltmayacaq, amma erkən diaqnoz qoyulmasına kömək edəcək. Diaqnoz nə qədər erkən olsa, müalicə bir o qədər asan olur; süd vəzisini almağa ehtiyac qalmır. Özünüz özünüzü müayinə etmək üçün bu səhifəmizə baxa bilərsiniz.

7. Yağı az olan qidalarla bəslənin!
Yağı az olan qidalarla qidalanmaq, sadəcə köklük riskini deyil, süd vəzisi xərçəngi riskini də azaldır. Süd vəzisi xərçənginin inkişafında esterogen hormonunun vacib rol oynadığı məlumdur. Yağ toxuması esterogen hormonu ifraz edir və bu xüsusiyyəti ilə klimaks sonrasında vacib bir risk əmələ gətirir. Qidalarla alınan yağın miqdarı ilə süd vəzisi xərçəngi arasındakı əlaqəni araşdıran tədqiqatlarda bir-birindən fərqli nəticələr bildirilmişdir, ancaq köklük ilə əlaqədar həyata keçirilən bütün araşdırmalar süd vəzisi xərçəngindəki vacib rolunu ortaya çıxarır.

8. Mammoqrafiya çəkdirməyi unutmayın!
Özünüz özünüzü müayinə etdiyinizdə olduğu kimi mammoqrafiya da süd vəzisi xərçəngi riskinin qarşısını almır, ancaq erkən diaqnostika üçün çox vacibdir. Çünki mammoqrafiya ilə şişin kütlə əmələ gətirərək ələ gəlməsindən daha əvvəl diaqnoz qoyula bilir. Heç şikayətiniz olmasa da, 40 yaşınızda mütləq mammoqrafiya çəkdirin.

9. Erkən yaşda uşaq sahibi olun – əgər mümkündürsə…
Heç uşaq sahibi olmamaq və ya ilk uşağını gec yaşlarda dünyaya gətirmək süd vəzisi xərçəngi riskini artırır.

10. Uşağınızı uzun müddət əmizdirin!
Hamiləlik zamanı və sonrakı əmizdirmə dövründə aylıq aybaşı siklləri ilə əlaqədar olaraq hormon aktivliyi durmuş vəziyyətdə olduğuna görə süd vəzisi xərçəngi riski də azalır. Bu məlumatlar erkən klimaksdan sonra düşən risk ilə də uyğundur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3095   Tarix: 09 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801