Psixogen SONSUZLUQ - SƏBƏBSİZ sonsuzluq

Psixogen SONSUZLUQ - SƏBƏBSİZ sonsuzluqBütün digər orqan və sistemlər kimi qadının cinsiyyət sistemi də beyin tərəfindən idarə olunur.

Bu səbəbdən qadının psixoloji durumu onun cinsiyyət sisteminin normal fəaliyyətinə, menstrual dövrünə, ana olmaq qabiliyyətinə böyük təsir edir. Çox güclü qısamüddətli stress (yaxınların ölümü, ağır xəstəliyi, boşanma və s.) və ya ağır xroniki streslər hətta menstruasiyanın tam kəsilməsinə səbəb ola bilər.
Ginekologiyada "psixogen sonsuzluq" kimi bir termin var. Bu sonsuzluq zamanı ginekoloji baxımdan tam sağlam və hamiləlik üçün heç bir əngəli olmayan qadın psixoloji durumunda olan pozulmalara görə hamilə qala bilmir.

Bu hal hamiləliyi həddindən artıq arzulayan, yalnız bu haqda fikirləşən qadınlarda inkişaf edə bilər. Daim ovulyasiya günlərini sayan, saysız ovulyasiya və hamiləlik testlərini edən belə qadın özü özünü dərin stres vəziyyətinə salır ki, nəticədə hamilə qala bilmir.

Digər tərəfdən şüuraltı olaraq hamiləlikdən və doğuşdan dəhşətli qorxan, yaxşı ana ola biləcəyinə inanmayan qadında da psixogen sonsuzluq inkişaf edə bilər.

Ciddi maliyyə problemləri, borclar, daimi işin olmaması və s. kimi stress-amillər də qadının psixikasına təsir edərək onun reproduktiv sistemini "söndürə" bilər ki, nəticədə sağlam qadında hamiləlik baş tutmaya bilər.

Psixogen sağlamlığı ginekoloq tərəfindən deyil, psixoloq və ya psixoterapevt tərəfindən müalicə olunmalıdır.

Əgər lazım olan müayinə və analizlərdən sonra cütlükdə sonsuzluq üçün heç bir səbəb tapılmazsa, onlar psixoloqa müraciət etməlidir.

BiG.AZ saglamolun.az-a istinadən bildirir ki, psixoloqlar psixogen sonsuzluğu olan qadına hamiləlik haqqında bir müddət fikirləşməməyi tövsiyə edirlər. Bəzən iş yerinin, evin dəyişilməsi, məzuniyyət, təbiət qoynuna səyahət də qadına psixogen sonsuzluq problemindən azad olmağa kömək edə bilər.

Psixoloq hamiləlikdən və doğuşdan qorxan qadınlarla söhbətlər edir, bu qorxulardan azad olmağına yardım edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1465   Tarix: 03 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433