Yaşlanmağa qalib gəl

Yaşlanmağa qalib gəlŞümal bədən

2 qutu qurudulmuş dəniz kələmini 2 litr, 60-7- dərəcəli suda 1 saat saxlayıb, kələmi tənzifdən keçirdin. Kələm maskasını baldırlara çəkmək və polietilen müşənbə ilə sarımaq lazımdır. Ayaqlara isti şərf bağlayıb, 1 saat gözləmək kifayətdir ki, sallaq dəri yığılıb, öz gözəlliyini yenidən bərpa etsin.

5 çay qaşığı üzüm sirkəsi, 1 çay qaşığı bal və 2 çay qaşığı qidalandırıcı kremi qarışdırın. Maskanı bud və baldırlara çəkib, 15 dəqiqə saxlamaq lazımdır. Bu maska sauna effektini verib, sellüliti əridib, dərini hamarlaşdıracaq.

* * *

Sinə üçün tonik

1 xörək qaşığı rozmarin yağını, 1 stəkan qaynar suyu, 1 xörək qaşığı duz,eyni miqdarda spirti və 2 xörək qaşığı üzüm sirkəsini qarışdırın. Tənzifi məhlulda isladıb, döşlərə kompress kimi qoyun. Bu prosess döşlərdə olan dartınmanın qarşısını alib, qan dövranını yaxşılaşdıracaq.

* * *

Möhkəm sinə

1 xörək qaşığı yoqurtu, eyni miqdarda E vitamini və çiy yumurta ilə qarışdırın. Qarışığı döşlərə masaj hərəkətləri ilə çəkib, köhnə büstqalter geyinin. Maskanı 20 dəqiqə saxladıqdan sonra bədəni soyuq su ilə ehmalca yuyun. Bu maska döşləri bərkidib, dərini əvvəlki möhkəmliyinə qaytaracaq.

* * *

Dəri dartınmalarına qarşı maska

Yarım stəkan əzvay (aloe) şirəsi, eyni miqdarda zeytun yağı, 10 damcı E vitamini və 5 damcı A vitaminini qarışdırıb, bankada ağzıbağlı şəkildə bir neçə saat soyuducuda saxlamaq lazımdır. Maskanı səhər və axşam problemli yerlərə çəkmək dəri dartınmalarının qarşısını alır.

* * *

Qarın üçün maska

4 çay qaşığı qaymaq və 15 qr pivə mayasını qarışdırıb, üzərinə 4 çay qaşığı bal tökün. Maskanı bağlı qabda 20 dəqiqə saxlayıb, qarına çəkib, 20 dəqiqə gözləmək lazımdır. Bu maska qarın əzələlərini yığıb, qan dövranını yaxşılaşdırıb, dərini elastik edəcək.

* * *

Əllərin cavan qalsın

1 çay qaşığı qurudulmuş çobanyastığı çiçəklərinin üzərinə 3 çay qaşığı qaynar su əlavə edib, 1 saat saxlamaq lazımdır. Məhlula 2 çay qaşığı zeytun yağı, 1 çay qaşığı limon şirəsi, 1 xörək qaşığı gerkules əlavə edib, qarışdırdıqca 2 damcı nanə efir yağını tökün. Yatmazdan evvəl maskanı əllərdə 20-30 dəqiqə saxladıqdan sonra isti su ilə yumaq lazımdır.

* * *

Saçlarına bax

1 xörək qaşığı gülümbahar yağını (kalendula), eyni miqdarda gənəgərcək (kastorka) və ayı pəncəsi (repeynoye) yağları ilə qarışdırıb, saçların haçalanmış uclarına sürtün, saçı sellofan müşənbəyə büküb, isti dəsmalla bağlayın. Maska saçlarda 1 saat qalmalıdır. Maskanı saçlardan isti su ilə yuyub, balzam çəkin. Proseduru bir gündən bir, 10 gün təkrarlamaq lazımdır.

Ətraf mühitdən cansızlaşmış və tez qırılan saçlara kartof maskası xeyirlidir. Çiy kartofu sürtgəcdən keçirib, saçlara maska edib, 1 saat gözləmək və iliq su ilə yumaq lazımdır. Maska saçlarda həm də qoruyucu təbəqə yaradır.
Saç yağlanmasının qarşısını almaq üçün təmiz başı 1 stəkan təzə dəmlə yaxalamaq lazımdır.

* * *

Yaşlanmağa qalib gəl

1 xörək qaşığı turş almanı 1 ədəd yumurta və 1 çay qaşığı nişasta ilə qarışdırıb üzə sürtmək və quruyana kimi (təxmini 30 dəq) saxlamaq lazımdır. Maska dəridəki məsamələri qurudub, üzü hamarlaşdırıb, civzələri yox edib, sizi gəncliyinizə qaytaracaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4674   Tarix: 14 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960