Tarixin tükürpədici təsadüfləri

Tarixin tükürpədici təsadüfləriPrezidentlərin oxşar ölümü
1960-cı illərdə ABŞ prezidenti olmuş Kennedi ilə 1860-cı illərdə Abram Linkoln arasında çox maraqlı təsadüflər var. Göründüyü kimi iki prezidentin rəhbərliyə gəlmə tarixləri arasında 100 il fərq var. Bundan başqa, hər iki prezident soyadı Conson olan cənublu ABŞ prezidentlərinin ardından zirvəyə yüksəldilər. Həm Kennedi, həm də Linkoln su-qəsd nəticəsində öldürülüb. Maraqlı məqamlardan biri də budur ki, sui-qəsd edənlərin doğum tarixləri arasında da 100 il fərq var. Linkolnı öldürən Buz 1839-cu ildə, Kennediyə sui-qəsd edən Osvald isə 1939-cu ildə doğulub.
Linkoln teatrda öldürülmüş və ona sui-qəsd edən şəxs bir anbarda tutulmuşdu. Osvald, Kennedini anbardan nişan almışdı və onu teatrda həbs etmişdilər. Linkolna Ford teatrında sui-qəsd edilmişdi. Kennedi öldürüləndə isə bir az əvvəl əyləşdiyi maşının markası Ford Linkoln imiş. Kennedinin katibəsinin soyadı Linkoln, Linkolnin katibəsinin soyadı Kennediymiş. Təsadüflər zənciri uzundur, təəcüblənməmək və sui-qəsdlər arasında bağlantı olduğunu düşünməmək mümkün deyil.
Kennediyə sui-qəsdlə bağlı başqa bir qəribəlik də var. Osvald "Texas School"un kitab anbarında hadisədən bir ay öncə iş tapmışdı. O, təsadüfən öyrəndi ki, prezident korteji anbardan 30 metr uzaqdadır. Bu, Osvaldın özünəinamını artıran faktor olub. Orduda snayperçi kimi qulluq edən Osvald sui-qəsd planını bu təsadüfün köməkliyi ilə həyata keçirib. Bəzi şəxslər bu qənaətdədir ki, o "Texas School"da iş tapmasaydı, bəlkə də bu sui-qəsd gerçəkləşməyəcəkdi.
Başqa bir ilkinc məqam da var. Linkolna sui-qəsd edilməmişdən bir neçə ay qabaq maraqlı bir hadisə baş vermişdi. Linkolnin oğlu Tod qatar gözləyərkən müvazinətini itirmiş və qatarın altına düşmüşdü. Onu qatarın altından sonda Edvin Buz xilas etmişdi. Edvin Buz prezident Linkolni qətlə yetirənin qardaşı idi. Lap filmlərdə olduğu kimi…

İkinci dünya müharibəsi təsadüfən başladı
Tarix kitablarından oxumuşuq ki, Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən muharibənin başlanması üçün bəhanə olub. Ancaq çox az adam bilir ki, onun ölümünə təsadüf yol açıb. Qavriola Prinsip sui-qəsddən bir neçə gün öncə Frans Ferdinandı öldürmək istəmiş, amma bu cəhd uğursuzluqla nəticələnmişdi. Qanı it qanına dönən sui-qəsdçi kefini araq içməklə düzəltmək qərarına gəlir. İçir də. Kafedən çıxanda isə gözlərinə inana bilmir. Vəliəhdin maşını kafe qarşısında imiş.
Sən demə, sürücü yolu azıbmış. Ayağına gələn topu boş qapıya göndərmək fürsətini əldən verməyən Prinsip üzərində gəzdirdiyi silahla vəliəhdi və həyat yoldaşını qətlə yetirib.

Fərqli əsrlərdə doğulmuş qızlar eyni taleni yaşadı
Fərqli əsrlərdə, amma eyni qəsəbədə yaşamış Barbara Forrest ve Mari Aşfordun ölümləri dünyada bənzəri olmayan təsadüflərdəndir. Hər iki qadın İngiltərənin Erdinqton qəsəbəsində yaşayırmış. İkisi də 20 yaşında olanda təcavüz edilərək öldürülüb. Cəsədləri eyni gündə, yəni 27 mayda tapılıb. Amma bu da son deyil. Öldükləri gün ikisi də dostları ilə görüşüb, yeni paltarlar geyib, tansa gediblər. Ən tükürpədici fakt isə budur ki, müxtəlif əsrlərdə yaşayan hər iki qadının qatilinin soyadı Zornton idi. Bu, reinkarnasiya, yoxsa təsadüfdür? Adını siz qoyun.

Qatilə aktyorun ad oxşarlığı
1980-cı ildə "Bitlz" qrupunun məşhur solisti, bəstəkar Con Lennon Nyu-Yorkda Mark Çapman adlı bir nəfər tərəfindən öldürülüb. Bu hadisədən sonra "NBC" telekanalı Con Lennon və onun həyat yoldaşı Yoko Ono haqqında sənədli film çəkmək qərarı verir. Sənədli filmdə çəkilməsi üçün təklif göndərilən tanınmamış aktyorun adı da Mark Çapman imiş. Xoşagəlməz vəziyyətlə üzləşən "NBC" rəhbərliyi Çapmanla müqaviləni pozub, başqa bir aktyorla razılığa gəldi. Ancaq Çapman Lennonu oynamaq arzusundan vaz keçmədi. 2007-ci ildə "Çapter 27" adlı sənədli filmdə Con Lennonu canlandıraraq arzusuna çatdı.

ABŞ prezidentləri eyni gündə öldülər
ABŞ prezidentləri Tomas Cefferson və Con Adamsın ölümləri oxşarlığı ilə çoxlarını dəhşətə gətirir. Cefferson və Adams əvvəl birgə mübarizə aparırdılar, daha sonra isə rəqibə çevrildilər.

Onların hər ikisi 4 iyul 1776-cı ildə İstiqlaliyyət Bəyannaməsini imza atan şəxslərdəndir.
Maraqlıdır ki, həm Cefferson, həm də Adams məhz 4 iyulda dünyasını dəyişib, İstiqlal Bəyannaməsinin imzalanmasından 50 il sonra…

Əkiz qardaşların faciəsi
2002-ci ildə finlandiyalı əkiz qardaşların başına gələnlər qəribə və tükürpədicidir.
Əkiz qardaşlar eyni gündə, amma iki saat fərqlə qatarın altına düşərək dünyasını dəyişirlər. Özü də hər ikisi velosiped sürərkən bu tale ilə üzləşib. 2 saat sonra ölən qardaşın əvvəlki faciədən xəbəri yox imiş. Bu, onun intihar etməsi ehtimalını aradan qaldırır.
Bəzən əkiz qardaşların yemək zövqləri eyni olur, eyni işdə çalışırlar, bəzi hallarda isə eyni adlı adamlarla evlənirlər. Ancaq eyni gündə, eyni şəkildə ölmək bəlkə də nadir hadisədir.

Müharibənin şifrələri...
Təqaüdçü müəllim Leonard Daves İngiltərənin "Daily Telegraph" qəzetinə hər gün krossvord hazırlayırmış. Krossvordu həll edən adamlar qəribə sözlər alındığını görürdülər. Qəribə sözlər İkinci Dünya Müharibəsində işlənmiş şifrələr imiş. Özü də generalların istifadə etdiyi şifrələr. D-Day, Utah, Omaha, Overlord, Mulberry ve Juno kimi sözlər krossvordda yer alırmış. İngilislər Davesin alman casusu olduğundan şübhələnərək onu həbs edirlər. Amma Daves bunun bir təsadüf olduğunu sübuta yetirə bilir. Etiraf edək ki, belə təsadüflər nadir hallarda baş verir.

14 il qabaq "Titanik"in batacağı yazılmışdı
1898-cı ildə Morqan Robertson "Titanın batması" romanını yazıb. Romanda "HMS Titan" adlı bir imgilis gəmisinin aysberqlə toqquşması xilasedici qayıqların az olması səbəbindən faciəvi vəziyyət yaranmasından, gəminin batmasından bəhs edilir. Romanda gəminin qəzaya uğradığı yer kimi Atlantik Okean göstərilir, gəmi ABŞ-a gedirmiş. 14 il sonra isə "Titanik" adlı gəmi aysberqlə toqquşaraq batdı və 2500 adam həlak oldu. Baş verənlər 14 il öncə yazılmış romanda qələmə alınmış hadisələrin demək olar ki, təkrarı idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6573   Tarix: 16 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 219
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 513
.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20.04.2024 372
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 279
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 247
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 467
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21.04.2024 344
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 257
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14.04.2024 330