Ərafa gününün fəziləti

Ərafa gününün fəziləti1- Ərafa-nemətlərin tamamlandığı və dinin kamilləşdiyi bir gündür. İbn Şihab rəvayət edir ki, yəhudilər gəlib Ömər ibn Xəttaba (Allah ondan razı olsun) dedilər: "Ey möminlərin əmiri! Sizin, Kitabda oxuduğunuz bir ayə var ki, əgər o ayə bizə nazil olsaydı, biz o günü bayram edərdik"
Ömər: "Hansı ayədir o?"– deyə soruşdu. Onlar dedilər: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim" (Maidə, 3) Ömər dedi: "Bu ayənin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nə zaman və harada nazil olduğu bizə bəllidir. Bu ayə cümə günü Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ərəfatda ikən nazil olmuşdur." (Səhih əl-Buxari və Səhih Muslim)

2- Ərafa orada olan insanların bayramıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: «Ərafa günü, Qurban günü və ondan sonrakı təşriq günləri bizim bayramımızdır. Onlar yeyib içmək günləridir.(yəni bayram günləri).
Ömər (Allah ondan razı olsun) demişdir: «Bu gün dininizi kamil etdim» ayəsi Ərafa günü cümə günü nazil olmuşdur. Allaha həmd olsun ki, onların hər ikisi bizim bayramımızdır.

3- Ərafa Allahın and içdiyi gündür. Əzəmətli Allah ancaq əzəmətli şeyə and içər. «And olsun vədə verilmiş günə! And olsun şahidlik edənə və edilənə!» (əl-Buruc 2-3) Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Vəd verilmiş gün Qiyamət günüdür. Şahidlik edən gün Ərafa, şahid olan gün isə Cümə günüdür." (Tirmizi rəvayət edib Albani səhihləşdirib)

4- Ərafa günü tutulan oruc iki ilin günahlarını silir. Muslim Əbu Qatədədən rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ərafa günü tutulan oruc haqqında soruşulduqda belə cavab vemişdir: «Özündən əvvəlki və sonrakı ilin günahlarına kəffarədir.» Bu orucu həcc etməyənlər tuta bilər. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) həcc edərkən o gün oruc tutmamışdır. Hətta həcc edənə Ərafa günü oruc tutmağı qadağan etdiyi də rəvayət olunur.

5- Bu gün, Allah Adəmin törəmələrini özlərinin əleyhinə şahid tutduğu gündür:
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Rasulullah (ona Allahın salavatı və salamı olsun) demişdir: "Allah Na’maanda (yəni Ərafada) Adəmin belindən özlərinin əleyhinə şahid tutmuşdu. O, Adəmin belindən onun törəmələrini çıxarmış və qarşısında hamısını yaymış və sonra "Mən sizin Rəbbiniz deyiləmmi?"– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: "Bəli, biz şahid olduq!"– demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: "Biz bundan xəbərsiz idik!"– deməyəsiniz. Yaxud: "Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?"– deməyəsiniz." (Əl-Əraf, 172-173 (Əhməd, Albani səhihləşdirib) Bu gündən böyük gün və bu razılaşmadan böyük razılaşma yoxdur.

6- O gün günahlardan bağışlanma, atəşdən qurtuluş və orada duran insanlarla Uca Allahın fəxr etdiyi bir gündür. Muslimin səhih əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Elə bir gün yoxdur ki, Ərafa günü kimi çoxlu insanlar Cəhənnəm əzabından azad olsunlar. Həmin gün Allah insanlara yaxınlaşır, onların çoxluğu ilə mələklər qarşısında fəxr edərək (hər şeyi bildiyi halda) deyir: "Onlar nə istəyirlər (nə üçün bura toplaşıblar)?" Yəni ən çox Ərafa günü insanlar Cəhənnəmdən azad olurlar

--
Qeyd: Bu ilki ərafa 31 avqust 2017-ci ilə təsadüf edir. Eyni zamanda Ərafa günü dördüncü günə təsadüf etdiyi üçün sünnə orucu ilə üst-üstə düşür, necə ki, Usamə ibn Zeyd (Allah ondan razı olsun) deyir ki, "Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) həftənin birinci və dördüncü günləri oruc tutardı". Ondan bunun səbəbi haqqında soruşanda belə demişdir: "Həqiqətən bəndələrin əməlləri birinci və dördüncü günlər (Allaha) ərz olunur" [Səhih Sünən Əbu Davud]


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 7410   Tarix: 31 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146