ŞOK: Turistlər şahzadə Diananın ruhunu kilsədə tapdılar (Video)

ŞOK: Turistlər şahzadə Diananın ruhunu kilsədə tapdılar (Video)Şotlandiyada turistlər Uels şahzadəsi Diananaın ruhunu gördüklərini iddia edirlər. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, turistlərin lentə aldığı video hətta "You tube" video portalında yerləşdirilib.
"Bu, Diananın ruhu, yoxsa optik illuziyadır?" adlı videonu çinli turistlər Şotlandiyadakı kilsələrdən birində lentə alıblar.
Qlazqo şəhərində lentə alınan video bütün Britaniya mətbuatının həyəcanına səbəb olub. Paranormal hallar üzrə mütəxəssis Maykl Koenin sözlərinə görə, o artıq həvəskar çəkilişi izləyib. Mütəxəssis videonu həm özü, həm də həmkarları ilə birgə tədqiq edir. Kilsənin pəncərəsində qeydə alınan qəribə görüntünün ruh və ya optik illuziya olması ehtimalı yoxlanılır. Ufoloqun sözlərinə görə, adətən ruhlar sağlıqlarında bağlı olduqları yerlərdə görünə bilirlər. Onlar bunu bəzi insanları, hətta bütöv bir xalqı yaxınlaşan hər hansı təhlükədən xəbərdarlıq etmək üçün də edə bilərlər.
"Alimlər iddia edirlər ki, ruh yoxdur. Ancaq bununla belə çox insanlar onları tez-tez görürlər. Biz canlıyıq və ola bilər ki, onlarla heç bir işimizin olmasını istəmirik. Ancaq onların bizim dünyamızda tamamlanmamış işləri ola bilər", deyə ufoloq bildirib.
Qeyd edək ki, Britaniya şahzadəsinin gəlini olan Diana dünyanın ən məşhur qadınlarından biri olub. "Ledi Di","Xalq şahzadəsi","Qəlblərin şahzadəsi" adlandırılan Diana 1997-ci ildə 31 avqust tarixində avtoqəza nəticəsində dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 7739   Tarix: 26 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740