Ərdoğan barmaq silkələdi: "Hər tərəfi məzar edərik"

Ərdoğan barmaq silkələdi: "Hər tərəfi məzar edərik"

“Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik”.

BiG.AZ “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının 39-cu toplantısında bildirib.

“Terror qruplaşması PYD və YPG-nin (hər ikisi terrorçu PKK qruplaşmasının Suriyadakı qollarıdır – “Report”) “dövlət” qurmasına imkan verməyəcəyik. Bəziləri “kürd dövləti” deyib durur. Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik. Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”, - dövlət başçısı vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın şimalında 2 min kvadratkilometr Türkiyənin nəzarəti altındadır: “Cerablus, Rai, Əl-Babı terrorçulardan təmizlədik. Oradakı 2 min kvadratkilometrlik sahəyə nəzarət edirik. Onların hədəfi Aralıq dənizinə çıxmaqdır. Cudi, Tendürek, Kandil, Gabarda terrorçulara qarşı apardığımız mübarizəni hər yerdə davam etdirəcəyik”.
Qeyd edək ki, terrorçu PKK-nın Suriyadakı qolları havadarlarının yardımı ilə Aralıq dənizinə çıxmağı hədəfləyirlər.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1314 Tarix: 22.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Farqilit
Farqilit 22.08.2017
Bir istanbul masali


 
islam0313
islam0313 22.08.2017
Candogan rəcəb