Həftənin ilk iş gününə olan hava proqnozu

Həftənin ilk iş gününə olan hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 22-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, avqustun 21-də hava şəraiti əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1308 Tarix: 20.08.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 20.08.2017
xeber verdiyinize gore tesekkurler
Dalğaların arasında qərq olub yetim qalmış damcılarla məhv olmaq kimi idi bu.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər