Bakıda qadının aldığı ev başqasına satıldı – VİDEO

Bakıda qadının aldığı ev başqasına satıldı – VİDEO
2014-cü ildə Bakıdakı tikinti şirkətlərinin birindən ev alan Yaqut Yusifova 3 ildir nə aldığı evə köçə, nə də ödədiyi pulu geri ala bilir.

BiG.AZ xəbər verir ki, “ARB TV”dən verilən məlumata əsasən, mənzili aldıqdan 1 il sonra məlum olub ki, həmin ev 2007-ci ildə başqa bir şəxsə satılıb.

Zərərçəkən mövcud problemlə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin verdiyi qərardan 5 ay keçsə də şirkət zərərçəkəndən aldığı 51500 manat məbləğində pulu geri qaytarmır.

Yaqut Yusifova (zərərçəkən): “Mən dedim ki, 2 aya kimi təhvil verin mən içinə yığılım. Dedilər ki, qışda təmir getməyəcək, yaz qabağı gələrsiz. Məni 1 il belə safdırdılar. Yaz qabağı gəldi, indi olmadı, bir az getdi, gördük ki, evin problemləri var hələ gecdir”.

Yaqut Yusifova dəfələrlə özünü şirkət direktoru kimi təqdim edən Aqil Məmmədova müraciət etsə də nəticəsiz qalıb. Səbəb kimi şirkətin hesabında pul olmadığı göstərilir. Mütəxəssislər şirkət rəhbərinin məhkəmənin qərarını icra etmək məcburiyyətində olduğunu deyir.

Ekspertlər bu kimi halların artmasına səbəb kimi işini bacara bilməyənlərin tikinti sektoruna daxil olmalarını göstərirlər.

Bu cür hallardan sığortalanmaq üçün şirkət və vətəndaş arasında müqavilənin notarial qaydada bağlanması mütləqdir.


f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 793 Tarix: 19.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 19.08.2017
melumat verdiyiz ucun tesekkur edirem
jck