Daha bir dərslik RÜSVAYÇILIĞI: "Ermənilər qoymur Kəlbəcərə, Şaxta baba gəlib şəhərə..." - FOTOFAKT

Daha bir dərslik RÜSVAYÇILIĞI: "Ermənilər qoymur Kəlbəcərə, Şaxta baba gəlib şəhərə..." - FOTOFAKT

Daha bir dərslikdə dərc olunan şeir ciddi tənqidlərə səbəb olub.

BiG.AZ xəbər verir ki, ikinci sinif "Azərbaycan dili" dərsliyində işğal altında olan torpaqlar ironiya hədəfinə çevrilib. Şeirin müəllifi olan Mürvət Qədimoğlu isə sosial şəbəkələrdə sərt şəkildə tənqid edilib.

Bu barədə BiG.Az-a danışan təhsil eksperti Kamran Əsədov dərsliklərin mətnindən narazı olduğunu və dərslik vəsaitlərinin hazırlanması üçün xüsusi bir mərkəzin yaradılmasına ehtiyac olduğunu bildirdi: "Dərsliklər hazırlanarkən milli və mənəvi dəyərlər qorunmalıdır. Söz xətrinə hansısa ifadələri dərsliyə gətirmək olmaz.
Təəssüflər olsun ki, dərslikləri qiymətləndirən ekspertlər, mütəxəssislər bəzən müəlliflərdən də aşağı səviyyədə bilik və bacarıqlara sahib olurlar.
Dərslik dövlətin strateji əhəmiyyətli sahəsidir. Dövlət bəzən öz idealogiyasını məhz dərsliklər vasitəsilə həyata keçirir.

Lakin bu gün etiraf edək ki, dərsliklər ciddi şəkildə nəzarətdən kənarda qalıb.
Kimlərsə öz nüfuzundan istifadə edərək və ya yaranmış boşluqdan yararlanıb şagirddə heç bir bilik və bacarıqlarının formalaşdırılmasına xidmət etməyən dərsliklər, vəsaitlər yazırlar.

Hesab edirəm ki, dərslik yazılması üçün ayrıca mərkəz yaradılmalıdır. Lakin dərsliklərin daha da inkişaf etdirilməsini, yaxşılaşmasını istəyiriksə, əvvəlki illərdə dərslik müəllifi olmuş şəxsləri heç bir halda o mərkəzə, işə cəlb etmək olmaz, lazım deyil. Çünki onların xoş olmayan təcrübəsindən azad olmaq lazımdır".

Daha bir dərslik RÜSVAYÇILIĞI: "Ermənilər qoymur Kəlbəcərə, Şaxta baba gəlib şəhərə..." - FOTOFAKT

Rövşən Əsədov
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4682 Tarix: 19.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
NNV
NNV 20.08.2017
Təhsil elə heeey geri gedir.hara qaçırlar bilmirəm.1-2ci sinifə vurma keçilir inanın heç uşaq bilmir.sadəcə əzbər bilir yerin dəyişik deyib sorişanda üzümə baxır.Heyf deyildi qabaqkı kitablar.Guya bunlarda nəsə etmək istiyirlər.
ataxanli
ataxanli 19.08.2017
sora da deyirler ki,biz yazırıq bizə dəyər verən yoxdu
Profil bağlıdır


 
olmus_arzular
olmus_arzular 19.08.2017



 
vuska_elishko
vuska_elishko 19.08.2017
Cox teessuf ki bu gun sozden hec bir anlayiwi olmayan her yerinden duran eline qelem alim guya seir yazir ve ortaya bele xowagelmez menzere cixir.Daha duwunmurlerki sairlik hekimlik,muhendislik ve.s senet sahelerinden deyil ki sonradan oyrenesen.Sair dogulmaq lazimdi
Fioletta
Fioletta 19.08.2017
tesekkurler