"Qarabağ bizim torpağımız deyil!" – Ermənistanı etiraz dalğası bürüyür

"Qarabağ bizim torpağımız deyil!" – Ermənistanı etiraz dalğası bürüyür

Ermənistan mətbuatı Şirak vilayətinin Hatsik kəndində 19 yaşlı əsgər Abas Sloyanın intiharı ilə bağlı xəbər yayıb. Məlumata görə, Armavir şəhərində xidmət keçən əsgər yoldaşları tərəfindən fiziki zorakılıq və təhqirlərə məruz qalıb. Buna dözməyərək kazarmadan qaçan Sloyan əmisinin evində asılı vəziyyətdə tapılıb.

BiG.AZ Azərtac-a istinadən xəbər verir ki, eyni hal Nubaraşen hərbi hissəsində də qeydə alınıb. Vardan Melkonyan adlı əsgər intihar edib. Yaxınları isə onun öldürüldüyünü iddia edirlər. Bununla bağlı artıq Helsinki Vətəndaş Assambleyasına da müraciət olunub.
İşğalçı ölkənin ordusundakı qətllərin və intiharların artması cəmiyyətdə kəskin narazılığa səbəb olub. Müdafiə Nazirliyinin və hökumət binasının qarşısına toplaşan vətəndaşlar övladlarının qatilinə çevrilmiş hökumətin istefasını tələb edirlər. Etirazçılardan biri deyir ki, oğlu xidmətdə olduğu hərbi hissədə yüksək rütbəli zabit tərəfindən öldürülüb. Həmin şəxs Serj Sarksiyanın yaxın qohumu olduğundan cinayətkar cəzasız qalıb. Vətəndaşlar bildirirlər ki, oğulları hakim rejimin qurbanlarıdır. Onların övladları hərbi xidmətdən ya əlil kimi qayıdırlar, ya qətlə yetirilirlər, ya da intihar edirlər. Bu cür hallara son qoyulmasını istəyən valideynlər cəmiyyətə çağırış ediblər. Onlar tövsiyə edirlər ki, hər kəs oğullarını Ermənistan ordusundan yayındırsın. Əsasən də gəncləri Qarabağa göndərməkdən çəkinməyə səsləyiblər. “Qarabağ bizim torpağımız deyil, uşaqlarınızı rejimin qurbanına çevirməyin”, – deyə valideynlər bildiriblər.

Onlar qeyd ediblər ki, cəbhədə vəziyyət daha acınacaqlıdır. Hərbi hissələrdə sosial şərait bərbad vəziyyətdədir. Yemək keyfiyyətsizdir. Hətta zabit ailələri dözülməz şəraitdə yaşayırlar. Hərbi hissədə intizamsızlıq hökm sürür. Belə vəziyyətdə övladlarının sağ qayıtması ailələr üçün böyük bir möcüzə olar.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1596 Tarix: 18.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fioletta
Fioletta 18.08.2017
Matilla:-D


 
_MATiLLA_
_MATiLLA_ 18.08.2017
deyir Azərbaycan yeganə ölkədir ki, 5 tərəfdən öz torpaqları ilə həmsərhəddir