Oğurluqda ad çıxarmışdı, həbs edildi - HAMI ONDAN DANIŞIR - VİDEO

Oğurluqda ad çıxarmışdı, həbs edildi - HAMI ONDAN DANIŞIR - VİDEO

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat nəticəsində şəhər ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Ceyhun Fyodorov saxlanılıb.

C. Fyodorovun ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 1 evin qarşısından velosiped və təmir-tikinti alətləri, 1 evdən 605 manat pul və qızıl əşyalar, 1 evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, 1 qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurlaması da müəyyən edilib.

BiG.AZ-a verilən məlumata görə, qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1658 Tarix: 18.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fioletta
Fioletta 18.08.2017
tesekkurler