"Dənizdə hicabla çimmək düzgün deyil" - Hacı Şahin

"Dənizdə hicabla çimmək düzgün deyil" - Hacı Şahin

Azərbaycana bir çox yerlərdən, o cümlədən ərəb ölkələrindən çoxlu sayda turist gəlir. Xüsusən yay aylarında ölkəmizə səfər edən turistlər çimərliklərə və hovuzu olan məkanlara üz tuturlar. Xanımların hicabla dənizdə çimməyi əksər hallarda ironiya ilə qarşılanır. Dəfələrlə sosial şəbəkələrdə hicabla dənizə girən xanımların görüntüləri paylaşılaraq tənqidi fikirlər səsləndirilib.

Hicabla dənizdə çimmək nə dərəcə düzgündür?

BiG.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli azvision.az-a bildirib ki, bir çox müsəlman ölkələrində, o cümlədən Türkiyədə hicablı qadınlar üçün ayrıca çimərliklər var.

“Türkiyədə müəyyən istirahət mərkəzlərində qadınlar və kişilər üçün ayrı çimərliklər fəaliyyət göstərir. Orada hicablı qadınlar adi çimərlik geyimində dənizdə və ya qapalı hovuzda çimə bilirlər. Örtünmənin qayda-qanunları, şərtləri var. Düzdür, dində bununla bağlı qadağa yoxdur, amma hicabla ümumi çimərlikdə çimmək qeyri-adi görünür deyə onun tərəfdarı deyiləm”.

Haci Şahin Həsənli bildirib ki, ölkəmizdə hicablı qadınlar üçün ayrı çimərliklər yaradılmalıdır: “Hicabla dənizdə çimməyi düzgün hesab etmirəm. Şübhəsiz ki, turizm inkişaf etdikcə, bu məsələlərdə təkmilləşmə aparılacaq. Lazım gələrsə, tələbat olarsa, belə çimərliklər gələcəkdə yaradıla bilər. İndiki halda hicablı qadınların ümumi çimərlikdə çimməyini məqbul saymıram”.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2284 Tarix: 18.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 19.08.2017
duz deyib


 
Fermer
Fermer 19.08.2017
Bu cvbi dunen men yazmıwdimda


 
Fioletta
Fioletta 18.08.2017
raziyam