"İt başından tutub çeynədi, təcili yardım yaxın durmadı" — 5 yaşlı Zeynəbin FACİƏLİ ÖLÜMÜ - VİDEO

"İt başından tutub çeynədi, təcili yardım yaxın durmadı" — 5 yaşlı Zeynəbin FACİƏLİ ÖLÜMÜ - VİDEO

Sumqayıtda ötən ayın 31-də 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı vəfat edib.

BiG.AZ ARB 24-ə istinadən xəbər verir ki, hadisə mikrorayonun 40-ci binasının qarşısında olan uşaq meydançasında baş verib. Zeynəb meydançada turnikdən sallanarkən it onu tutaraq aşağı yıxıb və baş nahiyəsindən dişləyib. Uşağı itin əlindən xilas edən Asif Kərimov hadisəni belə xatırlayır.

ASif Kərimov (hadisə şahidi) " İt onun belindən tutub yerə yıxdı. Sonra başından çeynəməyə başladı. Tutub qolundan apardım, təcili yardım dedi ki, bizlik deyil".

Tofiq Seyfəliyev (Zeynəbin babası) : "Bunlar onu tutan iti yoxlamadılar ki, bu it quduzdur yoxsa, yox. 3 gün orada yatırıb evə göndəriblər. Dedilər ki, həftədə bir dəfə gələrsiz iynə vurarıq. Sonra qızdırması qalxdı və tez xəstəxanaya apardıq".

Sumqayıt şəhər Səhiyyə şöbəsindən suallarımıza cavab verən olmasa da Təcili Tibbi Yardım Xəstəxanasından bildirdilər ki, iyulun 31-də xəstəxanaya daxil olan Zeynəb Mikayılzadəyə lazımi tibbi yadımlar göstərilib. Lakin bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Burada 5 yaşlı uşağa daha bir vaksin vurulub. Amma bu da onun həyatda qalmasına kifayət etməyib. Zeynəbin dünyasını dəyişməsinə səbəb kimi onun immunitetinin aşağı olması və kəskin hemoqlobinin azlığı göstərilir.

Sumqayıtda son 40 gündə 199 nəfəri it dişləyib. Təkcə iyul ayında 133, avqustun 17 günü ərzində isə 66 sakin it dişləməsi ilə bağlı həkimə müraciət edib.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4057 Tarix: 17.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Agilli999
Agilli999 18.08.2017
Bu hadiseye bigane yanashanlarin bir gun ozlerinin bashina gelecek. SHAKKAL YIGNAGI. SIZI DAMARLARINDA QANI DONMUSH RUHSUZ INSANLARI, MURDAR ET KIMI TULLAMAQ LAZIMDIR.


 
aciz_kolge
aciz_kolge 18.08.2017
eger sifet hisseden diwleyibse nece iyne vursalarda xeyri yoxdu.hem o vaksinlerde bir nece gunden bir vurulur.
Allah yaxinlarina sebir versin.valideynler uwaqlari nezaretsiz buraxmamalidi
Azadsozlu
Azadsozlu 18.08.2017
Hec neyle hec kimle mubarize aparilmir.. quduz itleri quduz insanlari savadsiz sehiyyesi cox pisleshir veziyyet. Olume hec kim teeccublenmir artiq..evveller qocalar olende hami 40gun aglayirdi ozlerine gelmirdi indi cavanlar ushaqlar olendede adi qarshilanir qoca olende az qala sevinirler( gozel baladi heyf(


 
tansu
tansu 18.08.2017
Dehşett


 
Omer_Xeyyam
Omer_Xeyyam 18.08.2017
Ölkənin Səhiyə nazirinin xaricə müalicəyə getdiyi bir səhiyyəyin nə vəziyyətdə olduğunu anlamaq elədə çətin deyil.


 
Feminaimortalis
Feminaimortalis 18.08.2017
Tibbin texnologiyanin inkişaf etdiyi bir dövürdə it dislemesinden ölmək ancinacanlı bir haldı.ama bu səhlənkarlıq yox alın yazısıdirsa ona sözüm yoxdu
Fioletta
Fioletta 18.08.2017
itleri yiqib bir yerde niye saxlamirlar? cetindi onlari tutmaq?yoxsa serf edir onlarin kucede dolasib inssnlari ceynemeleri hekimler qazansin deye?oyunlar vaxti gulleleyib yandirmaq kimi vehsilik etmeyi bacararsiz ancaq turist gelub kucede it gormesin deye.