"Qarabağ" Çempionlar Liqasından milyonlar qazanacaq - MƏBLƏĞ AÇIQLANDI

"Qarabağ" Çempionlar Liqasından milyonlar qazanacaq - MƏBLƏĞ AÇIQLANDIUEFA 2017-2018 mövsümündə Çempionlar Liqasından gəlirlərin bölgüsü sxemini açıqlayıb.

BiG.AZ report-a istinadən xəbər verir ki, cari mövsümdə Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokundan ümumi gəlir 2,35 milyard avro proqnozlaşdırılır.

Bu proqnoza və gəlirlərin bölgü sxeminə əsasən, avrokubok iştirakçıları üçün ümumilikdə 1,7187 milyard avro nəzərdə tutulub. Bunun 1,3189 milyard avrosu Çempionlar Liqası və UEFA Super Kuboku, 399,8 milyon avrosu isə Avropa Liqası iştirakçıları üçün nəzərdə tutulub.

2,25 milyard avronun 12 faizi (282 milyon avro) təşkilati və inzibati xərclərə, 8,5 faizi (199,7 milyon avro) həmrəylik xərclərinin ödənilməsinə sərf olunacaq.

Çempionlar Liqasının 32 iştirakçısına gəldikdə, onların hər biri ən azı 12,7 milyon avro qazanacaq. Qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro gətirəcək.

1/8 finala vəsiqə qarşılığında hər bir klub daha 6 milyon avro, 1/4 finala yüksələcəyi təqdirdə 6,5 milyon avro, yarımfinala qatılacağı halda 7,5 milyon avro qazanacaq.

Çempionlar Liqasının qalibi əlavə 15,5 milyon avro, finalçı 11 milyon avro əldə edəcək.

Beləliklə, "play-off" və bazar gəlirləri nəzərə alınmamaqla, qalib komanda maksimum 57,2 milyon avroya sahib çıxacaq.

Qrup mərhələsindəki nəticələrə və turnirdə irəliləmələrə görə ödənişlər ümumilikdə 761,9 milyon avro təşkil edəcək. Bunun 507 milyon avrosu teleyayım üçün nəzərdə tutulub.

Qrup mərhələsinin birbaşa iştirakçıları 1,2689 milyard avro əldə edəcəklər. Qrupa düşə bilməyən çempionlar isə seçmə mərhələlərdə iştirak bonusundan əlavə, 260 min avroya sahib olacaqlar. Çempionlar Liqasının ilk 3 təsnifat mərhələsində iştirak haqları müvafiq olaraq, 220 min avro, 320 min avro və 420 min avrodur. Bu məbləğlər yalnız mübarizəni dayandıranlar üçün nəzərdə tutulub. "Play-off"da mübarizəni dayandıranlar isə bu ödənişlərdən əlavə, 260 min avro bonus əldə edəcəklər.

UEFA Super Kubokunun qalibi 4 milyon avro, uduzan klub isə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında "Qarabağ" təmsil edir. Ağdam klubu Çempionlar Liqasının ilk "play-off" matçında evdə Danimarka "Kopenhagen"ini yenib - 1:0. Cavab görüşü avqustun 23-də keçiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2180   Tarix: 16 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023