Qana və Mali Afrika Millətlər Kubokuna qələbə ilə başladı

Qana və Mali Afrika Millətlər Kubokuna qələbə ilə başladı

Afrika Millətlər Kubokunda qrup mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin dördüncü oyun günündə daha iki görüş baş tutub.

D qrupunda yer alan Qana Botsvana ilə üz-üzə gəlib. Qanalılar minimal hesablı qələbə sayəsində 3 xala sahib çıxıblar.

Qrupun digər oyununda isə Mali Qvineya ilə qarşılaşıb. Bu görüşdə də nominal meydan sahibləri qələbəyə seviniblər.

Qeyd edək ki, budəfəki Afrika Millətlər Kubokunda 16 komanda 4 qrupda mübarizə aparır. Turnirin finalı fevralın 12-də baş tutacaq.

Afrika Millətlər Kuboku

Qrup mərhələsi

D qrupu
24 yanvar

Qana - Botsvana – 1:0
Qol: Mensah, 25.

Mali - Qvineya – 1:0
Qollar: Traore, 30.

Bu gecə A qrupu çərçivəsində Liviya Zambiya, Ekvatorial Qvineya isə Seneqalla üz-üzə gələcək.
f Paylaş
Bölmə: İdman Oxunub: 1453 Tarix: 29.01.2012


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər