Eynşteynin məşhur fotosunun tarixçəsi

Eynşteynin məşhur fotosunun tarixçəsi

Bu məşhur fotoşəklə mütləq daha əvvəllər də rast gəlmisiniz. Az qala çənəsinə qədər uzanmış diliylə bu böyük alimin məşhur şəkliylə bağlı saysız-hesabsız hekayələr uydurulmuşdur. Bəs yaxşı, Albert Einstein’in bu məşhur fotosunun həqiqi hekayəsi nədir? Great News Photos and the Stories Behind Them (“Məşhur şəkillər və onların arxasındakı həqiqətlər”) kitabının müəllifi John Saber bu şəklin hansı şərtlərdə çəkildiyini bizim üçün aydınlatmış oldu.

Einstein 72 yaşını qeyd etdiyi doğum günü şərəfinə verilən ziyafətdə dostları və elm dünyasından olan digər insanlarla birlikdə 14 mart, 1951-ci ildə Princeton Club’da görüşür. Olduqca çox insanın qatıldığı ziyafətdə həm də çox sayda fotoqraf var idi. Gecənin sonunda alim çox yorulur. Lakin yenə də səbrlə fotoqraflara şəkil çəkmələri üçün imkan yaradır. Nəhayət ki, dostlarından biri onu evinə aparmağı təklif edir və onlar binadan çıxırlar. Lakin, professor maşına mindikdə, fotoqraf Art Sasse son bir foto çəkə bilmək üçün cəld onlara yaxınlaşır. Sasse bu istəyini mədəni şəkildə Einstein’ə bildirir. Daha sonra olanları Sasse’nin öz cümlələriylə ifadə edsək: ‘Einstein arxasını çevirdi və dilini bayıra çıxardı. Mən də onun fotosunu çəkdim.’’

Fotoşəklin tam versiyası, fotoqraf: Art Sasse[/caption] Qeyd edək ki, foto nəşr edildikdən sonra Einstein ondan 9 nüsxə sifariş etmişdi. Görünür alim özü də bu fotosunu bütün dünya kimi çox sevmişdi.

mənbə: bizimyol.info

Eynşteynin məşhur fotosunun tarixçəsi
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2330 Tarix: 14.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Nemo2018
Nemo2018 22.08.2017
:)))


 
_MiRaJ_
_MiRaJ_ 15.08.2017
Fioletta Vallahi duz deyirem ))


 
NNV
NNV 15.08.2017
Yazıq bezibdə həmdə məncə içibsə lap mırta edib
Fioletta
Fioletta 15.08.2017
Miraj :-D axxaxaxa)))


 
Edaletli
Edaletli 15.08.2017
Marojna yalamaqdan yeqin dili uzanib yazigin...


 
A_F_I_N_A
A_F_I_N_A 15.08.2017



 
_MiRaJ_
_MiRaJ_ 15.08.2017
Bunu indi wou biznesden biri edeydideee gorerdiz werhlerde ne firtina qopmuwdu )))


 
Fioletta
Fioletta 15.08.2017
nece bezibse artiq)


 
Lalochka
Lalochka 14.08.2017
Bilirdim bunu.amma deyerli melumat üçün teşekkür edirem.Allah razı olsun