"İçərişəhər" sakinlərinin həyatı riskdə: evlər uçmaq təhlükəsi ilə ÜZ-ÜZƏ (VİDEO)

"İçərişəhər" sakinlərinin həyatı riskdə: evlər uçmaq təhlükəsi ilə ÜZ-ÜZƏ (VİDEO)İçərişəhər sakinlərinin həyatı təhlükədə, evlər uçmaq təhlükəsi ilə üz-üzə qaldı.

BiG.AZ xəbər verir ki, bununla bağlı İçərişəhər sakinləri BAKU.WS-ə şikayət məktubu ünvanlayıblar.

Onlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən 2-ci Kiçik Qala döngəsi, ev № 8 ünvanında məsuliyyətsiz və qanunsuz hərəkətlər həyata keçirildiyini və bunun həm qoruğun, həm də sakinlərin özü üçün birbaşa təhlükə daşıdığını hesab edirlər. Onlar məsələ ilə bağlı çoxsaylı müraciətlərinin müvafiq qurumlar tərəfindən cavablandırılmadığını bildirirlər.

Qeyd edək ki, 1905-ci ildə inşa edilmiş adı çəkilən ikimərtəbəli bina "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət irsinə aid edilərək AR Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavəsinə əsasən 2430 saylı nömrə ilə qeydə alınıb və dövlət tərəfindən qorunur.

Buna əsasən, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında AR Qanununun 4,10 və 11-ci maddələrinə müvafiq olaraq bu evin "daxili və xarici quruluşunu pozmaq, tarixi dəyərinə xələl gətirə biləcək rekonstruksiya, bədii-estetik görkəmin dəyişdirilməsi, təhlükə yarada biləcək təmir, inşaat işlərinin aparılması, tikinti və dəyişiklik etmək qadağandır".

Məlumdur ki, mülkiyyətində və ya istifadəsində olan fiziki və hüquqi şəxslər həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Hazırda bu ərazidə "City Walls" adlı otelin inşa edilir. Qeyd etmək lazımdır ki, Şirvanşaxlar sarayından Polşa səfirliyinə qədər ərazidə tikilmiş evlər, o cümlədən sözü gedən bina gil qatları və qədim zamanlardan mövcud olan su quyuları üzərində ucaldılıb.

"İçərişəhər" sakinlərinin həyatı riskdə: evlər uçmaq təhlükəsi ilə ÜZ-ÜZƏ (VİDEO)Bu yamacdakı gilli lay qatları çoxdur: bəziləri xalis gil, digərləri isə qumlu, qarışıq tərkiblidir. Bununla yanaşı, Şah ovdanından (red - Suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur) üzü aşağı istiqamətdə yeraltı çeşmələrdən çaylar axır. Adı çəkilən amillər ərazidə hər hansı tikinti işləri üçün ciddi təhlükə və potensial risk yaradır. Məlum həqiqətdir ki, gil üzərində qoyulan bünövrə, əgər tikinti işləri müvafiq hesablamalar etmədən icra edilirsə, gələcəkdə ciddi təhlükə yarada bilər.

Xatırlatmaq yerinə düşər ki, yeraltı çaylarla bağlı ciddi çətinlikləri "Four Seasons" otelinin inşası zamanı əyani müşahidə etmək mümkün idi: yeraltı suları nəhəng, güclü mühərriklərin köməyi ilə nə gədər çəkirdilərsə, qazılmış iri bünövrə hövzəsinin içi qısa zamanda yenə də su ilə dolurdu. Bu da otel bünövrəsinin təhvil verilməsinə ciddi əngəllər törədirdi. Elə Polşa səfirliyinin binası üçün bünövrə tikilən zaman qrunt suları bünövrənin 60 santimetrlik dayaq divarını bir anın içində sərt bir şəkildə uçurtmuşdu. Bir əsrdən artıq tarixi olan binanın bünövrəsi üzərində mərtəbə artırılması açıq təhlükə ola bilər. Mövcud şəraitdə əlavə mərtəbələrin tikilməsi, o cümlədən əlavə yük olaraq metal konstruksiyaların tətbiqi ağlasığmazdır. Sakinlər deyir ki, böyük qorxu hissi ilə 2-ci Kiçik Qala, 8 ünvanında aparılan inşaat işlərinı izləyirlər. Eyni zamanda, qeyd etmək lazımdır ki, 2-ci Kiçik Qala küçəsinə paralel olan1-ci Qəsr döngəsində qorxulu cökmə mövcuddur: artıq onun dərinliyi 1,5 metrlik həddə çatıb.

"İçərişəhər" sakinlərinin həyatı riskdə: evlər uçmaq təhlükəsi ilə ÜZ-ÜZƏ (VİDEO)Məsələnin ciddiliyi bir faktla da müəyyən olunur ki, 2-ci Kicik Qala, 8 saylı binanın bir divarı məhz 1-ci Qəsr döngəsi 19 və 17 saylı evlərin divarlarına söykənib. Beləliklə, düşünülməmiş, qeyri-qanuni hərəkətlər nəticəsində yaranmış potensial təhlükənin miqyasını təsəvvür etmək olar. Digər risk yaradan faktor isə vaxtilə tikilinin həyətində mövcud olan və 2004-2006-cı illərdə evin yeni sahibi tərəfindən qeyri qanuni olaraq üstü betonlanmış, sayca beş yeraltı su quyusunun rekonstruksiya nəticəsində 8 saylı binanın altında qalmasıdır.

1898-ci ildən İçərişəhərdə 11 metrdən hündür, yəni üç mərtəbədən uca tikililərın şərtsiz qadağan edilməsi faktı bir daha sübut edir ki, Bakının bu hissəsində özbaşına dördmərtəbəli tikililərin inşası son dərəcə xətalıdır. Sakinlər bu məsələ ilə əlaqədar 08.05.2017 il tarixində "İçərişəhər" Qoruğu İdarəsinə rəsmi müraciət ediblər. İdarədən öncə bildirilib ki, sözügedən inşaat işləri ilə bağlı heç kəsə rəsmi icazə verilməyib. Lakin sonra onlara başqa fikir bildirilib ki, aparılan rekonstruksiya ilə bağlı sonradan layihə hazırlanıb və təqdim edilib - beləliklə, faktiki olaraq, bu layihə formal şəkildə olaraq artıq görülmüş işlərə qismən uyğunlaşdırılıb. Şikayət məktubunu başda bəstəkar Elnarə Dadaşova olmaqla bir sıra 2-ci Kiçik Qala, 1-ci Qəsr döngəsi və Kiçik Qala küçəsi ünvanında yaşayan sakinlər imzalayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1622   Tarix: 14 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862