Seksual manyak arvadını zorla kişilərə... - Azərbaycanda AİLƏNİN RƏZALƏTİ

Seksual manyak arvadını zorla kişilərə... - Azərbaycanda AİLƏNİN RƏZALƏTİ"Gün ərzində müraciət edən ailələrin heç biri bir-birinə bənzəmir. Son ucu nifrətə, boşanmaya söykənsə də səbəblər müxtəlifdir. Qarşımda ucaboylu başı bağlı iki azyaşlı övladları ilə ağlayaraq dərdini danışan gənc xanım əyləşib. Yoldaşı tərəfindən zülmlərə məruz qalıb. Ən dəhşətlisi isə kişinin seksual manyak olmasıdır. Evə gəlməmişdən öncə mesaj yazır ki, mən gələndə telefonda kişilərlə mesajlaşarsan, bu sözləri yazarsan, mən onda dincəlirəm (etik olmayan ifadələr olduğundan yazılanları qeyd etmirik). Qadın bunları utana-utana danışır, mesajları mənə göstərir. Dəhşətə gəlirəm. Qadın yazır ki, evə soğan-kartof al. O, isə əvəzində iyrənc mesajlar yazır. Sonra da bildirir ki, əməl etməsə onu çölə atacaq."

BiG.AZ xəbər verir ki, bu sözləri xeberle.com-a açıqlamasında "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zemfira Mustafayeva deyib. Z. Mustafayeva bu kimi hallarla tez-tez rastlaşdıqlarını qeyd edib. Təşkilat sədri bildirib ki, belə vəziyyət ailələrdə boşanmalara gətirib çıxarır:

"Çox vaxt qadınların söylədiklərini onların fantaziyası hesab edirik. Lakin bunları gözlərimlə gördüyümdən, xanımın halına acımaya bilməzdim. Bu ailədə, övladlarının gözü qarşısında nalayiq hərəkətlər edən atanın övladlarının gələcəyi necə olacaq?".

Birlik sədri onu da qeyd edib ki, xanımın həyat yoldaşı ilə profilaktik söhbətlər aparılıb:

"O, bütün baş verənlərdə içkini günahlandırdı. İşlə təmin edilməsində köməklik etdik. Artıq içki içmir. Xanımı tikiş sexinə işə düzəltdik. Vaxtaşırı psixoloji yardımlar edirik".

O vurğulayıb ki, sığınacaqda qalan qadınları çox hissəsini Sumqayıtdan olanlar təşkil edir:

"Problemlərin kökünü tapmaq və həlli istiqamətində iş görmək üçün müvafiq icra strukturları ilə birgə fəaliyyət göstərməliyik."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3230   Tarix: 14 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997