TÜKLƏR ÜRPƏRDƏN OLAY! - Ata oğlunun məzarına getdi və... - Bakıda - VİDEO

TÜKLƏR ÜRPƏRDƏN OLAY! - Ata oğlunun məzarına getdi və... - Bakıda - VİDEO
Oğul, 8 ay əvvəl dünyasını dəyişən atasının qəbirini ziyarət etməyə gedərkən gözlənilməz hadisə ilə üzləşib.

BiG.AZ xəzərxeber.az-a istinadən bildirir ki, o, atasının baş daşında təxminən 30-35 yaşlı bir nəfərin şəklinin yapışdırılıdığını görüb. Hadisə Bakıda Günəşli qəbristanlığında olub.

Rauf Hümbətov deyir ki, qardaşı dərhal anasına zəng vuraraq bu barədə məlumat verib. Anasının istəyi ilə qardaşı həmin şəkili baş daşından qopararaq yanıdırb.
Rauf Hümbətovla qəbir ətrafında söhbət apararkən həmin şəxsin daha bir eyni şəklini tapdıq. Zərərçəkmiş iddia edir ki, şəxsin şəklinə cadu edilərək atasının məzarına yapışdırıblar.

Sözügedən hadisə qəbiristanlıqlarda məzarların təhlükəsizlik məsələsini gündəmə gətiri. Günəşli qəbiristanlığının gözətçisi deyir ki, qoruduğu qəbristanlığı ərazisi genişdi. Onlar ayrıca hansısa qəbirin yanında oturub mühafizə etmirlər. Araşdırma zamanı müəyyən etdik ki, ümumiyyətlə Bakıda bir çox məzarlıqda 2 və yaxudda 3 gözətçi olur ki, onlar da gün boyu qəbristanlığı gəzməklə bütün məzarlara baxa bilmirlər.

Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, bu cinayət məcəlləsində ictimai mənəviyyat əlehinə olan cinayətlər silsiləsinə aiddir. Şəkilin baş daşına yapışdırılması qəbir üzərində təhqir edici əlamətdir və bunu edənin də çox ciddi cəzası ola bilər.
Rauf Hümbətov deyir ki, əgər belə halla bir də rastlaşsa ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verəcək.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7737 Tarix: 13.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Lalochka
Lalochka 14.08.2017
Başlıqda ata oğlunun mezarına getdi yazılıb.amma oğlu atasının mezarına gedibmiş.


 
Omer_Xeyyam
Omer_Xeyyam 14.08.2017
Cadu etmək kimi bir anlayış inam var ama cadunun heç bir təsirli qüvvəsinin olmadığını da bilməlidir artıq insanlar.ayıbdır illər keçir biz gör nələrlə məşğuluq..


 
ULUSH
ULUSH 14.08.2017
Gor ne qdr ifritelewmiwik ki xowumuz gelmiyeni cadu ile mehv eleyirik. Etrafimda da var bele insanlar nifret eleyirem Allah qorxusu olmuyanlardan
Fioletta
Fioletta 14.08.2017
sekli cekib yayardizda hemin adam gorerdi bilerdi etrafinda nece tvar adamlar var


 
nigar01
nigar01 13.08.2017
dirilerden qurtardilar kecdiler olulere