Səhnədən düşüb cangüdənlərlə dalaşdı

Səhnədən düşüb cangüdənlərlə dalaşdı
Müğənni Tuğba Yurt Karasuda keçirilən Yay festivalı çərçivəsində səhnəyə çıxıb.

BiG.AZ milli.az-a istinadən bildirir ki, tədbirə giriş biletlə olduğu üçün məkana gələnlər 10 lirə ödəməkdən imtina ediblər.

Bir çox insan içəri girə bilməyib, küçədə qalıb. Səhnəyə çıxan Tuğba insanların bayırda qaldığını görüb əsəbiləşib. Təşkilatçılara səslənən Yurt "Aradakı qadağalrın qaldırılmasını istəyirəm. Yoxsa səhnəni buraxacam. Arxada oturanları isə ön sıraya alın. İndi səhnəni tərk edəcəm" deyib.

İkinci mahnını səsləndirdikdən sonra Tuğba səhnədən düşüb və konserti ləğv edib. Yurt təşkilatçılarla və cangüdənlərlə dava etdikdən sonra avtomobilinə doğru gedib. 15 dəqiqə maşınında oturan müğənni onu izləməyə gələnlərin səslənməsindən sonra səhnəyə geri qayıdıb.
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2093 Tarix: 13.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fioletta
Fioletta 13.08.2017
5 manatlari yox idi?))