"Rövşən Lənkəranski"nin il mərasimi ilə bağlı AÇIQLAMA - Asayiş keşikçiləri qadağan etdilər

"Rövşən Lənkəranski"nin il mərasimi ilə bağlı AÇIQLAMA - Asayiş keşikçiləri qadağan etdilərLənkəran şəhəri avqustun 17-dən 18-nə keçən gecə İstanbulun Barbarossa bulvarında qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) öldürülməsinin ildönümünə hazırlaşır.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

BiG.AZ azxeber.com-a istinadən məlumat verir ki, Canıyevin qohumları qonaqları qəbul etmək üçün yas çadırlarını Lənkəranın mərkəzi küçəsində qurmaq istəyirlər. Lakin asayiş keşikçiləri onlara yolu bağlayaraq avtomobillərin hərəkətinə mane olmağı qadağan ediblər. Əvəzində yas mərasimini keçirmək üçün mərkəzi küçənin qurtaracağında olan dalandakı xüsusi yerı təklif ediblər.

Lənkəranskinin qəbrini ziyarət etməyə kriminal dünyasının nümayəndələrinin də gələcəyi bildirilir. Analoji vəziyyət 2006-cı ilin 7 aprelində Moskvadakı Leninqrad prospektində qətlə yetirilmiş "qanuni oğru" Hikmət Muxtarovun (Sabirabadlı Hikmət) dəfni zamanı yaranmışdı. Muxtarovla vida mərasiminə aralarında çox sayda kriminal avtoritetin də olduğu 1,5-2 min nəfər gəlmişdi.

"Gələcək avtoritetlər, qanunla təqib olunmayan şəxslər ola bilər. Əgər onların üzərində cinayət məsuliyyəti yoxdursa, istənilən ölkənin sərhəddini sərbəst şəkildə keçə bilərlər. Biz düşünmürük ki, Lənkəranskinin qəbrini ziyarət etməyə haqlarında axtarış elan edilmiş kriminallar gələcək. Asayişin təmin olunması üçün polis bütün zəruri tədbirləri görəcək",- deyə daxili işlər orqanlarındakı mənbə bildirib.

Hüquq mühafizəçiləri bildiriblər ki, yasa kriminal dünyasının nümayəndələrinin gəlməsini hamıdan az Lənkəranskinin qardaşı Namiq Canıyev istəyir. Çünki o, dövlət hüquq-mühafizə orqanlarının əməkdaşıdır və yas mərasimində hər hansı hadisənin, ifrata varmanın baş verməsini istəmir.

Moskvanın kriminal eksperti Georgi Çikaberidze isə Azərbaycana avtoritetlərin gələcəyinə inanmır. Onun sözlərinə görə, Lənkəranskinin xatirəsini yad etmək üçün Lənkərana gedəcəyini deyənlər az deyil. Onlar o adamlardır ki, vaxtilə Rövşən Canıyev onlara kömək edib. Amma onların sözünə inananlar azdır.

"Kim ki, getmək niyyətindədir, bunu hər yerdə qışqıraraq bəlli etmir",- ekspert deyib.

Çikaberidze əlbəttə, qəbul edir ki, kriminal dünyanın bir sıra nümayəndələri Lənkərana gedəcəklər. Amma gedənlərin miqyası elə də böyük olmayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3713   Tarix: 13 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 0
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 149
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19.04.2024 648
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 247
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 0
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 702
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 287
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 0
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 812