ABŞ şirkətindən XƏBƏRDARLIQ - Neft yenidən kəskin ucuzlaşacaq

ABŞ şirkətindən XƏBƏRDARLIQ - Neft yenidən kəskin ucuzlaşacaqABŞ-da aktiv neft quyularının sayı ötən həftə 1 ədəd azalma göstərdikdən sonra bu həftə yenidən artıma keçib. ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı isə avqustun 5-dən avqustun 11-dək davam edən həftə ərzində 5 ədəd və yaxud 0,52% azalaraq 949 ədəd təşkil edib.Bu barədə ABŞ-ın "Baker Hughes" şirkəti xəbər verib.

BiG.AZ Unikal.org-a istinadən bildirir ki, ABŞ-da aktiv neft-qaz quyularının sayı 23 həftəlik ardıcıl artımdan sonra son 7 həftə ərzində dörd dəfə azalma, bir dəfə sabitlik, iki dəfə isə artım nümayiş etdirib. Nəticədə, ABŞ-da neft hasilatı hesabat həftəsində 7 min barel/gün və ya 0,07% azalaraq 9,423 mln. barel/gün təşkil edib.

Son hesabat həftəsində aktiv neft quyularının sayı 3 ədəd və yaxud 0,39% artaraq 768 ədəd, qaz quyularının sayı 8 ədəd və yaxud 4,23% azalaraq 181 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 0-a bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 372 və yaxud 93,9%, qaz quyularının sayı isə 98 ədəd və ya 118,1%, ümumilikdə isə neft-qaz quyularının sayı 468 ədəd və yaxud 97,3% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,43 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,26% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidə, 55 dollar/barelə yaxınlaşması isə quyuların sayının artmasını sürətləndirə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1625   Tarix: 12 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran prezidenti Rəisi Pakistana rəsmi səfərə gedib

İran prezidenti İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gəlib. xəbər verir ki, Rəisi Pakistanın Baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə görüşəcək. İran prezidenti həmçinin Pakistanın mədəni və iqtisadi mərkəzi sayılan Lahor və Kəraçi şəhərlərinə də səfər etməyi planlaşdırır. Onu

22.04.2024 242
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22.04.2024 295
.

Hacı Şahinin oğurlanmış "YouTube" kanalı geri qaytarıldı

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi "YouTube" hesabı geri qaytarılıb. xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi "Facebook" səhifəsində məlumat verilib. "Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi "YouTube" kanalı ger

22.04.2024 419
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

14:01 357
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

11:48 190
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 203
.

Rusiyanın Voronej şəhərində fabrikdə baş verən yanğında 3 nəfər ölüb

Rusiyanın Voronej şəhərində elektromexanika zavodunda baş verən yanğın nəticəsində 3 nəfərin ölüb, 2 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib. Bildirilib ki, yanğın söndürülüb, başvermə səbəbləri araşdırılı

22.04.2024 202
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 279
.

Nigeriyada atışmalarda 21 nəfər öldü

Nigeriyanın Plateau ştatında yerli əhaliyə qarşı hücumlar olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb. Hücumun fermerlərə qarşı olduğu bildirilib. Gənclər Hərəkatının milli sədri Sunday Dankaka müxbirlərə bildirib ki, hücum ştatın Manqu və Kuru vilayətlərində qeydə alınıb. Hücumlard

22.04.2024 192