Azərbayacanda qadınla kişinin dostluğu mümkündürmü? (Araşdırma)

Azərbayacanda qadınla kişinin dostluğu mümkündürmü? (Araşdırma)"Azərbaycan kişiləri dostluq üçün yaranmayıb!"

Cəmiyyətimizdə bir çox münasibətlərə baxışlar müxtəlifdir. Bunlardan bir də qadın və kişinin dostluğudur. Kimisi bunu normal qəbul edirsə, kimisi də belə bir şeyin mümkün olmadığını düşünür. Bu birmənalı olmayan yanaşma həmişə müzakirə mövzusu olub və görünür. Bu gün qadın və kişi dostluğuna müxtəlif baxış bucağından baxacaq, əsasən də evli insanların əks cinsin nümayəndəsi ilə bu münasibətinin doğurduğu məqamlardan danışacağıq.

Xəyanətin başqa adı

Qadın-kişi dostluğunu Azərbaycan ictimaiyyətinin nə cür qarşılamasını öyrənmək üçün Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, "Aktual" elmi-sosioloji araşdırmalar mərkəzinin rəhbəri Əbülfəz Süleymanlıya müraciət etdik. Sosioloq Azərbaycanda bu münasibəti milli-mentalitet baxımından qiymətləndirmədən danışdı: "Məsələyə ənənəvi olaraq yanaşsaq, demək olar ki, həm milli, həm də dini nöqteyi nəzərdən bütün zamanlar üçün mənfi hal kimi qəbul olunan bir hadisədir. Son dövrlər bir çox milli-əxlaqi dəyərlərin deformasiyaya məruz qaldığı kimi burda da bəzi kənaraçıxmaların şahidi oluruq. Təəssüflər olsun ki, Qərb cəmiyyətlərində olduğu kimi buna bənzər bir yanaşma formalaşmağa başlayıb. Cəmiyyətdə bu vasitəylə xəyanət halları artır və ən təhlükəlisi də odur ki, bu, arıtq normal hal kimi qəbul olunur. Bu da hazırda Azərbaycan reallığında özün biruzə verir və bizim özünəməxsusluğumuzun qarşısında duran əngəllərdən birinə çevrilib". Əbülfəz Süleymanlı bildirir ki, aparılan araşdırmalara əsasən, ailələrin dağılmasında xəyanət faktoru birinci amillər sırasındadır: "Bunun da birbaşa sözügedən dosluq münasibətlərinə söykənməsi də reallıqdır. Bu da əhəmiyyətli bir məsələdir. Nəticə etibarilə bir sıra problemlərin meydana gəlməsi də müşahidə olunur. Çox təəssüf ki, Qərb ölkələrində baş verən xoşagəlməz hallaq bizim cəmiyyətimizdə də özünü biruzə verməyə başlayıb".

Fərdi və fərqli yanaşmalar:

Bizim kişlərlə yox!

Azadqadın.az saytının rəhbəri Aynur Qurbanqızı: "Azərbaycanda milli-mentalitet adı altında dar düşüncələrdən biri də, qadın və kişi dostluğunun qəbul edilməməsidir. Dostluq edən şəxs istər subay, istər evli olsun, bu hal normal qarşılamır. Xususilə də, evli insanların əks cinslə dostluğu qəbul edilməzdir. Əslində, söz-söhbətə rəvac verən də elə dostluq edənlərin özlərdir. Yəni çoxları gizli sevgi münasibətlərini də dostluq adı altında sərgiləyirlər. Buna görə də, insanlarda artıq həqiqi dostluqlara da etibar, inam yoxdur. Ümumilikdə, kişi və qadının normal, əsl dostluq qurmaları və cəmiyyətin də bu dostluğu isti qarşılaması üçün əvvəlcə düşüncə tərzimizi tamamilə dəyişməliyik. Xususilə də, bu kişilərə aiddir. Şəxsən mən bir xanım olaraq, kişi dosttumun olmasını istərdim. Amma hansısa oğlana bir az səmimi münasibət göstərən kimi artıq onların ağlında ya sevgi fikirləri, ya da "qadını yoldan çıxarmaq üçün" axmaq düşüncələr gəlir. Bir sözlə, Azərbaycan kişiləri dostluq üçün yaranmayıb".

"Həyat yoldaşım azərbaycanlı olsaydı…"

Həyat yoldaşı milliyətcə ingilis olan Nora Allahverdinin fikirləri də fərqli və maraqlıdır. Ən azından ona görə ki, fərqli cəmiyyətdə yaşayıb, fərqli baxış və düşüncəylə qarşılaşır. Bununla da hansısa münasibətləri çərçivəyə salmaq məcburiyyətində də qalmır. O belə deyir: "Əgər açığını desəm, mən Azərbaycanda qadınla kişinin dostluğunun mümkün olmadığını düşünürəm.Çünki bizim cəmiyyətdə insanlar hər şeyə fərqli aspektdən yanaşırlar. Mənim şəxsən başqa ölkələrdə çox saylı oğlan dostlarım olub ve həmişə də dost olaraq qalmışıq. Mənim yoldaşım azərbaycanlı olsaydı, qəti şəkildə onun qadınla dostluğunu qəbul etmezdim. Hələ bir neçə illər cəmiyyətimizüin düşüncə tərzi bir çox şeyləri normal qəbul etməyəcək. Onu da deyim ki, mənim yoldaşımın da öz ölkəsində bir çox qadın dostu var. Mənim onların əlaqəsinə heç bir şübhəm yoxdur. Həmçinin, mən öz yaxın rəfiqələrimlə də onu tanış eləmişəm. Azərbaycan qadını ağıllı və namusludur. Bizim 90% qadınlarımız evli bir kişiyə gözunun ucuyla da baxmaz. Kişilərimizin bir çoxunun isə dünya vecinə deyil. Ya özünün, ya da baxdığı qadının evli olub-olmaması fərq etmir. Bizimkilərdə bir şey də var. Hər hansı bir oğlan "facebook"da kömək məqsədi ilə səndən nə isə bir çey xahiş edir. Əgər ona reaksiya verirsənsə, mütləq sənə başqa bir şey təklif edəcək".

Dostluğun sərhədləri olmamalıdır!

Ramin: "Mən dəfələrlə belə bir mövzunu dostlarımla müzakirə etmişəm və sübut etməyə çalışmışam ki, qızla oğlanın dostluğu mümkündür. Mən hazırda evliyəm. Evli olmazdan da əvvəl bir qızla dostluq münasibətim vardı və davam edir dostluğumuz. O insan mənimçün həyatda hamıdan əzizdir. Çünki böyük ürəyi var və təmənnasız olaraq mənimçün hər bir fədakarlığı edib. Nə ailəmin, nə dostlarımın etmədiyi bir fədakarlıq… Doğrusu, əvvəlcə bunun arxasında mənə qarşı olan bir sevgi münasibətinin olduğunu düşünürdüm. Ancaq sonra buna tamamilə əmin oldum və o dostumu heç kimi dəyişmərəm. Mənim həyat yoldaşım da o qızı tanıyır və ailə quranda da onu qəbul etməli və hörmət olduğunu bildirmişəm. O da buna çox hörmətlə yanaşıb. Məncə, dostluq üçün hər hansı sərhədlər olmamalıdır; evli, subay, qadın və ya kişi olması kimi".

"Dostluq" adı altında gizlənən hisslər…

Fuad: "Mənimçün qadınla kişinin dostluğu normaldır. Ancaq evlənəndən sonra yaratdığı problemlər də danılmazdır. Mən özüm də bu problemi dəfələrlə yaşamışam. Çünki qadınlar bunu qəbul etmir və xəyanət hesab edirlər. Mənim əsasən virtual qadın dostlarım olub, onlarla vaxt keçirmək mənimçün xoş idi. Bəlkə də, özüm də bilmədən bu bir asılılıq halını almışdı. Vəziyyət bu yerə gəlib çatanda da yoldaşımla aramızda çox söz-söhbətlər oldu, o bir neçə dəfə evi tərk etdi. Geri qayıtmasının da səbəbi yalnız övladımız oldu. Yəni ki, onlar bunu özlərinə sığışdırmırlar və səni bölüşmək istəməzlər heç bir qadınla. Bir şeyi də etiraf edim ki, problemə səbəb münasibətin sağlam qurulmaması və təmənnalı olmasıdır. Yəni "dostluq" adı altında gizlənən digər hisslər…"

Qızla oğlanın dostluğunu ələ salmaq olmaz!

Evli insanların qadınla dostluq marağı kimi, bir çox yeniyetmə və gənc oğlanlar da məhz qızlarla dotluğa can atır. Bunun da bir sıra psixoloji əsasları da var. Belə ki, bu yaşlarda yoldaşlıq və dostluq hissi güclənir və yeni məna kəsb edir. Yeniyetmələr dostluğa yüksək tələblər verirlər. Əsasən də qızlarla oğlanların dostluğu baş qaldırır. Bu, böyüklük hissi və başqa cinsi öyrənmək tələbatı ilə bağlıdır. Belə dostluqdan qorxmaq lazım deyil; bu, sevgi yox, əsl dostluqdur, bacı-qardaş münasibətinə bənzəyir. Yeniyetmələrin açıq, kollektiv dostluğuna şərait yarat¬maq lazımdır. Qızla oğlanın dostluğunu ələ salmaq, qadağan etmək olmaz. Əks halda o, xəlvəti dostluğa çevrilər və arzuolunmaz nəticələr verə bilər.

Günay: "Qızla oğlan arasında dostluq mümkün deyil. Əgər ayrı-ayrılıqda onların sevgilisi yoxdursa, bu münasibət mütləq sevgiylə sona çatır. Sevgilisi olduqda isə başqa biriylə dostluğa icazə verilmir. Yəni heç bir halda alınmır. Bəlkə, istisnalar ola bilər. Amma bu da kənardan heç cür yaxşı qarşılanmır. Hansısa oğlanla əlaqən varsa, bu sənin nişanlın, gələcək həyat yoldaşın olmalıdır".

Beləliklə, hər hansı münasibətə müxtəlif aspektlə və fərdiliklə yanaşma məsələni dərk etməni və qəbul etməni də dəyişir. Hər bir kəsin özünəməxsus dəyərləri və düşüncələri onu istədiyi münasibəti yaşamağa əsas verir. Özü də onun üçün haqlı olaraq…Ən əsası isə odur ki, münasibətin adı nə olursa-olsun, sağlam köklər üzərində qurulsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7692   Tarix: 18 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024